Bu məqalə 1946-cı il təvəllüdlü yazıçı Nüşabə Əsəd Məmmədli haqqındadır. 1953-cü il təvəllüdlü yazıçı Nüşabə Məmmədli üçün Nüşabə Məmmədli səhifəsinə baxın. |
Nüşabə Əsəd Məmmədli (8 dekabr 1946, Kirovabad) – müasir Azərbaycan yazıçısı, jurnalisti, dramaturqu, publisiti və ictimai xadimidir. Psixoloji realizm üsulunda yazdığı əsərlər 21-ci əsrin vacib və aktual problemlərini qaldırır.[1] Əsərlərin çoxsunda həyatın şəraitlər ilə savaşan bir güclü qadın obrazı yaradır. Bir neçə əsərərində Nüşabə Məmmədli tarixi motivlərə əsaslanır. (“Cavad xan”, “Süleyman peyğambərin padşaqlığı”) Əsərləri rus, inqilis, polyak, gürcü, ukrayn, fars, türk dillərinə tərcümə olunmuşdur. Azərbaycan ədəbiyyatının “İmpressionizm”in banisidir.
Nüşabə Əsəd Məmmədli | |
---|---|
Doğum tarixi | 8 dekabr 1946 (77 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | yazıçı, jurnalist |
Əsərlərinin dili | rus, inqilis, polyak, qürcü, ukrayna, fars, türk |
Mükafatları |
Nüşabə Məmmədova Əsəd qızı Gəncədə doğulub. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən "Novosti Gyandji" qəzetində fəaliyyətə başlayıb. 1991-1995-ci illərdə həmin qəzetin redaktoru olub. Bir neçə kitabın, pyes və kino-ssenarinin müəllifidir.
1991-ci ildə Gəncə Dövlət Dram teatrında Nüşabə xanımın "Cavad xan" tarixi dramı tamaşaya qoyulmuşdur. Bir neçə peşəkar mükafata layiq görülmüş, respublikanın «Əməkdar jurnalisti» adını almışdır. 1997-ci ildə "Qadın hüquqlarını müdafiə" cəmiyyətinin Dilarə Əliyeva adına mükafatına layiq görülüb. Gəncə Jurnalist Assosiasiyasının sədri, Ümumdünya Qadın Jurnalistiəri təşkilatının üzvüdür. N.Məmmədovanın "Aeroport" pyesi Dövlət Televiziyasının hərbi-vətənpərvərlik mövzusunda keçirdiyi müsabiqənin qalibi olmuşdur.
Xocalı soyqırımına həsr edilmiş "Haray" pyesi əsasında eyniadlı bədii film çəkilmişdir. "Tomris" Analar cəmiyyəti 1992-ci ildə yaranıb, həmin ilin aprelində Gəncə şəhər İcra Hakimiyyətində qeydə alınıb. 1999-cu ildə Respublika Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçib. Cəmiyyət yarandığı gündən qaçqınlara, məcburi köçkünlərə mənəvi və maddi yardım etməyi özünə borc bilmişdir.
O, qadın hüquqlarını müdafiə edir, respublikada demokratik islahatların aparılması işində fəallıq göstərir. Cəmiyyətin üzvləri Qarabağ müharibəsində iştirak edən və bütün əsgəri xidmətdə olan gənclərlə əlaqə saxlayır, onlarla görüşür, problemlərinin həllində yardımçı olmağa çalışırlar.
1992-1995-ci illərdə "Tomris" cəmiyyətinin üzvləri Gəncədə yerləşən hospitallara gedir, yaralı əsgərlərə baş çəkir, onlara analıq qayğısı göstərirdilər.