Nübar Muxtarova

Nübar Muxtar qızı Muxtarova (30 avqust 1948) — Azərbaycan pedaqoqu, pedaqoji elmlər doktoru (1996), professor (1997). “Tərəqqi” medalı ilə təltif olunmuşdur (2009).

Nübar Muxtarova
Doğum tarixi 30 avqust 1948(1948-08-30) (75 yaş)
Elmi dərəcəsi
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Nübar Muxtarova 30 avqust 1948-ci ildə Litva SSR-in Şaulyay şəhərində anadan olmuşdur. Sonra Şamaxı rayonuna köçmüşlər. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. 1986-cı ildən Bakı Dövlət Universitetində çalışır. 10 elmi-praktik konfransın, o cümlədən, 4 beynəlxalq elmi-praktik konfransın təşkilatçısı və rəhbəri olmuşdur. Rusiya, Türkiyə, Çin, Malayziyada keçirilən beynəlxalq konfranslarda çıxış etmişdir. BDU-nun Böyük Elmi Şurasının qərarı ilə nəşr olunan “Pedaqoji aləm” adlı jurnalın təsisçisi və baş redaktorudur (1999-cu ildən). Bakı şəhər YAP Səbail rayon Qadınlar Məclisinin sədridir. 2 kitab, 2 monoqrafiya və 100-dən artıq elmi məqalənin müəllifidir.

Yüksək ixtisaslı kadrların yetişdirilməsində əməyi var. “Tərəqqi” medalı ilə təltif olunmuşdur (2009).

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Bakı Dövlət Universitetinin professorları, “Bakı Universiteti” nəşriyyatı, 2014, s.421