"Nümayəndəlik yoxdursa, vergi də yoxdur" və ya "nümayəndəlik olmadan vergi də yoxdur" (ing. No taxation without representation) — Amerika inqilabı dövründə yaranan amerikalı kolonistlərin Britaniyaya qarşı əsas şikayətlərindən birini ifadə edən siyasi sloqan. Belə ki, bir çox kolonist Britaniya Parlamentində nümayəndəlikləri olmadan parlamentin onlara tətbiq etdiyi vergilərin (Möhür aktı kimi) konstitusiyaya zidd olduğunu qeyd edirdi.