Nüqtə məscidi

Nüqtə məscidi (ərəb. مسجد النقطة‎‎ - Damla məscidi; İmam Hüseynin qanının damlası) — Suriyada Hələb şəhərində "Jawshan" dağında yerləşir.

Həmçinin "JAWSHAN" dağında,bu məscidin yaxınlığında "Sidq məbədi" kimi bilinən (ərəb. : مشهد السقط‎ - Sidq olunan yer) daha bir məbəd var.

Kərbəlanın əsirləri Hələbi keçəndən sonra,Hüseynin həyat yoldaşlarının birinin uşağı sidq olur.Ölü doğulan bu uşağın adı Muhsin olur və o bu ərazidə dəfn edilir.

Kərbəlanın əsirləri Yezidin əmri ilə çoxlu şəhərlər gəzdirilərək Dəməşqə gətirilir.Hələb yaxınlığında olarkən orada yaşayan bir xristian rahib Hüseynin başından yuxariya-səmaya ucalan nuru sezir.Əsirləri aparan karvan istirahət etmək üçün dayanarkən rahib onlara yaxınlaşır və Hüseynin başının bir gecəlik özündə qalması müqabilində 10.000 dirhəm təklif edir.Onlar razılaşandan sonra rahib Hüseynin mübarək başını bir daşın üzərinə qoyur və bu başdan axan qan daşa bulaşır.

Səhəri gün o rahib mübarək başı geri verir və İslam dinini qəbul edir.Bu hadisəni məscidin içindəki lövhədə görmək mümkündür.

Bu hekayənin başqa nəqlləri:

[redaktə | mənbəni redaktə et]
  • Digər şiə mənbələrində isə deyilir ki,Kərbəlanın əsirləri Hələbdən keçərkən Hüseynin mübarək başı burada bir daşın üzərinə qoyulur.Hüseynin mübarək başı daşın üzərinə qoyulanda o mübarək başdan daşın üzərinə qan axmağa başlayır.
  • Sünni mənbələrində deyilir ki,bir çoban yuxuda olarkən keçilərindən birinin ayağları daşların arasında ilişdiyi yerdə,Hüseynin şərəfinə məscid tikdiyini görür.Yuxudan ayılanda çoban görür ki, keçinin xilas olub və həmin daşların arasından su fantan vurmuğa başlayib.

Məscid 1920-ci ildə Kral Faisalın əmri ilə partladılıb.Təmir işləri 40 il sonra başladı və 1970-ci ildə tamamlandı.Məscidin dam örtüyü 1991-ci ildə inşa edilib.

Məscidin içindəkilər

[redaktə | mənbəni redaktə et]