Nüsnüs hamamı

Nüsnüs hamamıAzərbaycanın Ordubad rayonunun Nüsnüs kəndində yerləşən hamam və tarix-memarlıq abidəsi.

Nüsnüs hamamı
Ölkə  Azərbaycan
Yerləşir NMR, Ordubad , Nüsnüs
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti qəzalı
İstinad nöm.5347
ƏhəmiyyətiYerli əhəmiyyətli
Nüsnüs hamamı (Azərbaycan)
Nüsnüs hamamı

XVIII əsrə aid olan hamam Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Nüsnüs hamamı yeraltı hamamlar qrupuna aiddir və Ordubad rayonunun Nüsnüs kəndində yerləşir.[1]

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə hamam yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[2]

Hamamın planı düzbucaqlı formada olub, yuyunma salonu və onlara bitişik köməkçi otaqlardan ibarətdir.[3] Uzunluğu 22,6 m, eni 9,4 m, hündürlüyü isə 5,6 metrdir. Ümumi sahəsi 213 m² olan hamamın soyunma və yuyunma salonu, ona birləşdirilən köməkçi otaqlar iki sferik günbəzlə örtülüb. Soyunma və yuyunma salonu bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşdirilib.[4]

Hamamın isti su hovuzu yuyunma salonuna bitişik inşa olunub. Keçmişdə xəzinəyə su dağdan çəkilmiş saxsı borular ilə gətirilirdi. Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq oradan hamama və hovuza verilirdi. Hamamda yuyunan adamlar isti suyu yuyunma salonuna açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsi ilə xəzinənin yanında yerləşdirilmiş otaqdan götürürdülər. Yuyunma otağı və ona birləşən otaqların altından isti havanın keçməsi üçün borular keçir. Kanal ilə bacanın keçidləri arasında əlaqə var.[1]Hamamın 3 bacası var: Yuyunma salonunun cənub hissəsində ocağın üstündə, digər ikisi isə yuyunma salonunun şimal hissəsində, qərb və şərq divarlarında. Ocaq xəzinənin altında yerləşir və onun giriş oyması var.

Yuyunma otağı və ona birləşən otaqların altından isti hava verən kanallar gedir. Kanalın bir ucu ocağa digər ucu isə bacaya birləşdirilib. Hamamın salonlarının tavanını dairəvi günbəzlə, otaq və dərin taxçalar tağtavanla qapanıb. Hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhəti onun divalarının, günbəz və tağ tavanlarının dağ daşı ilə inşa olunmasıdır. Hamamın içərisi günbəz və tavanının mərkə zində qoyulmuş baca vasitəsilə işıqlandırılır. İlk dövrlər hamamı qızdırmaq üçün samandan və odundan istifadə olunub. Saman ocağa qoyulduqdan sonra ocağın bacası və ağzı bağlanır. Yaranan istilik isə həm xəzinədəki suyu qızdırır, həm də hamamın döşəməsinin altında yerləşdirilən borulardan keçərək yuyunma zalını qızdırırdı.[5]

Uzun müddət istifadə olunmayan hamamı qəzalı vəziyyətdədir.[6]

  1. 1 2 Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.382  (az.)
  2. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-14.
  3. Naxçıvan tarixi. Arxivləşdirilib 2020-11-26 at the Wayback Machine Üç cilddə. I cild. Naxçıvan: 2013, səh.279.  (az.)
  4. Naxçıvan ensiklopediyası. 2 cilddə. Cild 2. Naxçıvan: 2005, s.131-132, 382-383
  5. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.383  (az.)
  6. Baku TV. "18-ci əsrə məxsus memarlıq abidəsinin baxımsız qalmasına səbəb nədir?" (az.). Youtube.com. 28.02.2024. 2024-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]