Nüsnüs

NüsnüsAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.[1]

Nüsnüs
38°57′11″ şm. e. 46°01′46″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Ordubad rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.357 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Nüsnüs xəritədə
Nüsnüs
Nüsnüs

Nüsnüs – Ordubad rayonunda kənd, eyiadlı bələdiyyənin mərkəzi. Rayon mərkəzindən 7 kilometr şimal-şərqdə, dağ ətəyindədir. Əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və meyvəçiliklə məşğuldur. Orta məktəb, mədəniyyət evi, tibb məntəqəsi, uşaq bağçasl, rabitə şöbəsi, məscid var.

Dağətəyi ərazidədir. 1933-cü ildə kəndin adı Nüsnüs kimi qeydə alınmışdır. Kəndin adı ərazidəki mineral bulaqların adından yaranmışdır. 

Əhalisi 2031 nəfərdir.[2]

Nüsnüs körpüsü– Ordubad rayonu ərazisində, Dübəndi çayı üzərində. Ordubad-Nüsnüs avtomobil yolunun 10 kilometrliyindədir. Uzunluğu 10 paqonometrdir. 1998-ciildə inşa edilmişdir. Körpü Nüsnüs kəndinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini etibarlı şəkildə bərpa etmişdir.

Nüsnüs məscidi – Naxçıvan memarlıq məktbinə aid tarixi abidə. Ordubad rayonunun Nüsnüs kəndində, nisbətən hündür ərazidə inşa edilmişdir. Tədqiqatçılar, plan quruluşu və özünəməxsus kompozisiyası ilə diqqəti cəlb edən Nüsnüs məscidinin orta əsrlərin inşaat ənənələrinə uyğun gəldiyini göstərirlər. Məscid binasının birinci mərtəbəsində pir var. Nüsnüs məscidi kənd camaatının vəsaiti və təşəbbüsü ilə 1992–93-cü illərdə təmir edilmişdir. Nüsnüs mineral suyu – Ordubad rayonu ərazisində, Nüsnüs kəndindən 600 metr qərbdə, rayon mərkəzindn 7 kilometr aralı, Şamxal çayının məcrasındadır. Suyu karbon qazlı, zəif minerallaşmış, hidrokarbonatlı-kalsiumludur və müalicəvi əhəmiyyətə malikdir.

Ordubad rayonu Nüsnüs kəndi Nüsnüs piri

Nüsnüs piri – Ordubad rayonunun Nüsnüs kəndində orta əsrlərə aid ziyarətgah kəndin qərbində, nisbətən hündür ərazidə inşa edilmiş, tarixi-memarlıq abidəsi kimi diqqəti cəlb edən məscid binasının birinci mərtəbəsində yerləşir. Məscidin həyətindəki sadə quruluşlu məzarda kimin dəfn olunduğöu barədə dəqiq məlumat yoxdur. Onun Dağ Yunus dövrünə, Əshabi-Kəhflə eyni tarixə aid olduğu da söylənilir. məscidin mərkəzində hündürlüyü təxminən 5 metr olan daş sütun var. Rəvayətə görə o bir neçə dəfə dağıdılmış, lakin yenidən peyda olmuşdur. Pirin giriş qapısı Ordubad ərazisində geniş yayılmış möhkəm qoz ağacı materialından hazırlanmışdır. Qapının üzərində süls xətti ilə ərəb dilində doqquz sətirlik kitabə həkk edilmişdir. Kitabə haqqında ilk dəfə rus diplomatı və şərqşünası Xanıkov məlumat vermişdir. O, kitabəni oxumuş və fransız dilinə çevirərək Parisdə nəşr etdirmişdir. Kitabədən məscidin Olcaytu Məhəmməd Xudabəndənin oğlu Elxani hökmdarı Əbu-Səid Bahadır xanın dövründə, yəni 1316–1335-ci illərdə işa edildiyi məlum olur. Məscid 1992–93-cü illərdə təmir edilmiş, divarlarda uran ayələri və dini xarakterli kəlamlar yazılmış, müqəddəs yerlərin şəkilləri çəkilmişdir.

Dərə piri – Ordubad rayonun Nüsnüs kəndindən şimalda ziyarətgah. Pir dördünc, uzunsov formalı binadan ibarətdir. Divarları daşdan inşa olunmuşdur. İçərisində bir müsəlman qəbri var. Qəbrin üzəinə qara örtük çəkilmişdir. Pir qapısının künclərində dörd xəlifənin adları yazılmışdır. Pirin ətrafında bulaq, bağ yerləri və orta əsrlərə aid tikinti qalıqları var. Tədqiqat zamanı pirin ətrafından Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatları aşkar edilmişdir. Pirlə bağlı xalq arasında müxtəlif rəvayətlər vardır. Epiqrafik dəlillərə əsasən piri 12–14-cü əsrlərə aid etmək olar.

Ordubad rayonu Nüsnüs kəndi Dərə piri
Ordubad rayonu Nüsnüs kəndi Yalqız ağac piri

Nüsnüs hamamı – Ordubad rayonunun Nüsnüs kəndində tarixi-memarlıq abidəsi . bu hamam yeraltı hamamlar qrupuna aiddir. Hamamın planı düzbucaqlı formada olub, uzunluğu 22,6 metr, eni 9,4 metr olmaqla, ümumi hündürlüyü 5,6 metrdir. Ümumi sahəsi 213 kvadrat metr olan hamamnın soyunma və yuyunma zalı, ona birləşdirən köməkçi otaqlar iki günbəzlə örtülüb. Soyunma və yuyunma zalı bir-birilə kiçik tamburlar vasitəsilə birləşiblər. Istisu hovuzu yuyunma zalına bitişik inşa olunub. Keçmişə xəzinəyə su dağdan çəkilmiş saxsı borular vasitəsilə gətirilmiş. Su xəzinənin arxasında inşa olunmuş su anbarına toplanaraq ordan hamama və hovuza verilirmiş. Hamamda yuyunan adamlar isti suyu yuyunma zalına açılan hovuzdan, soyuq suyu isə digər borular vasitəsilə xəzinənin yanında yerləşdirilmiş otaqdan götürürdülər. Yuyunma otağı və ona birləşən otaqların altından isti havanın keçməsi üçün borular keçir. Kanal ilə bacanın keçidləri arasında əlaqə vardır. Hamamım üç bacası var. Yuyunma zalının cənub hissəsində ocağın üstündə, digər ikisi isə yuyunma zalının şimal hissəsində, qərb və şərq divarlarında. Ocaq xəzinənin altında yerləşir, giriş oyması var. Yuyunma otağı və ona birləşən otaqların altından isti hava verən kanallar gedir. Kanalın bir ucu ocağa, digər ucu isə bacaya birləşdirilib. Hamamın zallarının tavanın dairəvi günbəzlə, otaq və dərin taxçalar taxtavanla qapanıb. Hamamı digər orta əsr hamamlarından fərqləndirən cəhəti onun divarlarının, günbəz və taxtavanlarının dağ daşı ilə inşa olunmasıdır. Havanın içərisi günbəz və tavanın mrəkəzində qoyulmuş baca vasitəsilə işıqlandırılır. Keçmişdə hamamı qızdırmaq üçün samandan və odundan istifadə edirmişlər. Saman ocaöa qoylduqdan sonra ocağın bacası və ağzı qapanır, yaranan istilik həm xəzinədəki suyu qızdırır, həm də hamamın döşəməsinin altında yerləşən borulardan keçərək yuyunma zalını qızdırırdı. Hamam 14–15-ci əsrlərə aiddir.

  1.  Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
  2.  Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.