NİDA Vətəndaş Hərəkatı — Bakıda bir qrup gənc tərəfindən 2011-ci ilin fevral ayında qurulmuş vətəndaş hərəkatıdır.[1]
NİDA Vətəndaş Hərəkatı | |
---|---|
Yaranma tarixi | 4 fevral 2011 |
Mərkəzi | |
Qurucusu | |
nidavh.org |
N!DA — Azərbaycan vətəndaşlarının Azərbaycanda vətəndaş cəmiyyəti və demokratik-hüquqi dövlətin qurulması məqsədilə hüququn aliliyinin təmin edilməsi və sosial-iqtisadi dəyişikliklərin keçirilməsi ideyası ətrafında birliyidir. Hərəkat 5 nəfərdən ibarət idarə heyəti tərəfindən idarə olunur.
Azərbaycan cəmiyyətinin konstitusion əsaslarının, demokratik və respublika dəyərlərinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi Azərbaycan dövlətinin demokratikləşdirilməsi; İctimai-siyasi proseslərə vətəndaşların, xüsusilə gənclərin ve tələbələrin cəlb edilməsi və onların bu proseslərə təsirinin artırılması.
Hərəkat yarandığı 2011-ci ilin 17 aprel tarixində Bakının mərkəzində etiraz aksiyası keçirib.
2011-ci il 13 oktyabr N!DA Vətəndaş Hərəkatı yeni veb saytının təqdimatını keçirib.[2]
2011-ci il 8 dekabr Bakıda qiymət artımına etiraz olaraq stiker aksiyası təşkil olunub.
2011-ci il 13 dekabr N!DA Vətəndaş Hərəkatının təşkilatçılığı ilə "Kitab oxumağı necə təbliğ etmək olar?" adlı tədbir təşkil edilib.