Üzeyir Məmmədli

Məmmədli Üzeyir Məhəmməd oğlu (26 avqust 1987, Bərdə[1]) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi. Keçmiş siyasi məhbus.

Üzeyir Məmmədli
Doğum tarixi 26 avqust 1987(1987-08-26) (36 yaş)
Doğum yeri
Təhsili

1987-ci il avqust ayının 26-da Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur.

1993-cü ildə N.Quluyev adına Mollalı kənd orta məktəbində daxil olmuşdur. 2004-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinə qəbul olmuşdur. 2008-ci ildə BDU-dan məzun olduqdan sonra, 2008-ci ilin iyulu həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayı həqiqi hərbi xidməti başa vurmuşdur.

İctimai Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Üzeyir Məmmədli 2011-ci ilin fevral ayında NİDA Vətəndaş Hərəkatının yaranmasında iştirak edib və təsisçilərindən biri olub. Həmin vaxt İdarə Heyəti üzvlərindən biri olub. Sentyabrda İH-a seçkilərdə üzv seçilib. 2012-ci ilin sentyabrında üzvlərin etimadını qazanaraq təkrar İH-a üzv olub. 2011-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən müxalif gənclər təşkilatlarının birləşdiyi Gənclərin Hüquqlarının Müdafiə Komitəsinin İdarə Heyəti üzvü olub.

Üzeyir Məmmədli martın 30-da N!DA Vətəndaş Hərəkatının digər üzvü Rəşadət Axundovla bərabər həbs olunub və barəsində cinayət işi açılıb. Məhkəmə onu Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil olaraq qanunsuz odlu silah saxlama, partlayıcı maddə və qurğular əldə etmə) maddəsiylə ittiham edib.

6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində Üzeyir Məmmədli barəsində hökm oxunub və 7 il müddətində azadlıqdan məhrum edilib.

Beynəlxalq Amnistiya Təşkilatı Üzeyir Məmmədlini "vicdan məhbusu" kimi tanıyıb.

30 dekabr 2014-cü ildə azadlığa buraxılıb.