Nə qədər ki, işıqlar yanır (film, 2012)

Nə qədər ki, işıqlar yanır (ing. Keep The Lights On) — ABŞ-nin dram janrında çəkilmiş filmidir. Filmin təqdimatı ilk dəfə 2012-ci ildə Sandens Film Festivalında baş tutmuşdu. Xarici və müstəqil filmlərin distribütoru sayılan Music Box Films[2] 7 sentyabr 2012-ci ildə filmi Nyu-YorkLos-Anceles şəhərlərində təqdim etmişdi[3]. Filmin rejissoru Ayra Saks, müəllifi isə Saks və Maurisio Zaxariasdır[4]. Baş rolda Ture Lindhardt, Zaxari ButCuliana Nikolson oynamışdırlar. Filmin süjeti rəssam Averi Uillard barədə sənədli film üzərində işləmək üçün Nyu-York şəhərinə köçən Erik adlı danimarkalı kinorejissor və onun Paul adında nəşriyyat sektorunda hüquqşünas vəzfəsində çalışan və narkomaniya ilə mübarizə aparan gənc oğlanla uzunmüddətli mürəkkəb sevgi əlaqələri haqqda bəhz edir[3][5]. İkincidərəcəli rollarda David Anzuelo, Maria Dizzia, Süleyman Say Savane, Migel Del ToroPaprika Stin oynamışdılar.

Nə qədər ki, işıqlar yanır
ing. Keep the Lights On
Janr dram
Rejissor Ayra Saks
Baş rollarda Ture Lindhardt
Zaxari But
Culiana Nikolson
Operator Rassel Karpenter
Bəstəkar Qabriel Yared
İlk baxış tarixi 25 oktyabr 2012[1], 2012
Filmin növü Bədii film
Müddət 101 dəq.
Ölkələr ABŞ ABŞ
Dil İngiliscə
İl 2012
Rəng rəngli
Çəkiliş yeri Nyu-York
IMDb ID2011953

Filmin məzmunu rejissor Saksın keçmişdə sevgi əlaqələrində olduğu Bill Klegg adlı yazıçının 2010-cu ildə Portrait of an Addict as a Young Man adı altında narkomaniya ilə mübarizələrini xatirə (memuar) şəklində nəşr etdiyi romana əsaslanır[3].

1998-ci il. Nyu-Yorkda (daha doğrusu Manhettendə) yaşayan Danimarkalı rəssam Erik Rotman, işdənkənar vaxtında naməlum müştərilər ilə cinsi əlaqəyə girmək məqsədilə qaynar xətt vasitəsilə tanış olur. Bu zaman ona Paul adında hüquqşünas cavab verir və onunla mütləq görüşmək istədiyini bildirir. Görüşdükdə açıqca bir-birini cəlb etdiyini anlayan Paul və Erik özlərinin intim hisslərini bölüşərək cinsi əlaqədə olurlar. Erik daha sonra telefonla tanış olduğu Russ (Sebastian La Koz) adlı kişi ilə görüşür. Russ onunla cinsi əlaqədən çox öz əzələlərini nümayiş etdirməyə daha çox maraqlı olduğunu bildirir. Erik yenidən Paul ilə görüşür və ona QİÇS-ə yoluxmuş Paolo adında keçmiş sevgilisindən necə ayrıldığını izah edir. Erik özünün ən yaxın dostu Klerə (Culiana Nikolson) Paul adlı yeni sevgilisi ilə necə xoşbəxt olduğunu və məhz buna görə artıq Paolo haqqda hər şeyi unutduğunu etiraf edir. Axşam yenidən görüşərkən, Paul narkotik alüdəçisi olduğunu Erikə deyir və bunun hamıdan həmişəlik gizli saxlamasını ondan xahiş edir. Paul Eriklə birlikdə incəsənət qalereyasını ziyarət edərkən özünün keçmiş qız sevgilisi ilə rastlaşır. Eks rəfiqə Erik ilə tanış olmaq istəyir və Paulu buna sövq etməyə çalışır.

Keçmiş sevgilisinin QİÇS daşıyıcısı, telefonla yeni tanış olduğu partnyorların isə prezervativsiz cinsi əlaqədə olduğu üçün gec-tez yoluxacağından həmişə qorxan Erik dostu Klerlə birlikdə avtomobil ilə şəhər kənarına gedərkən, oradakı bir telefon köşkünə yaxınlaşır və oradan öz həkiminə zəng edir. Həkim onun QİÇS-ə yoluxmadığını, lakin onun bundan belə son dərəcə ehtiyatlı olmalsını xəbərdarlıq edir. Həmin gün Erikin ad günü münasibətilə evə çoxlu qonaqlar təşrif buyurur və onlar içərisində Paulun da olması Eriki hədsiz dərəcədə xoşbəxt edir.

2000-ci il. Paul Erikin naməlum bir adamla söhbət etdiyini görür. Bu barədə Erik bunun doğru olmadığını açıqlayır və Paul bundan bərk əsəbləşir və onunla mübahisə etməyə hazırlaşır, lakin sonda hər ikisi özünü ələ ala bilirlər və kompromissin məqsədəuyğun çıxış yolu olduğunu anlayırlar. Paul bunun ardından Erik və onun dostları ilə nahar zamanı qısa müddətə xəbərsiz itkin düşür. Erik sevdiyi insanı bir daha görə bilməyəcəyindən çox narahat olur və sonradan Paulu yenidən görən zaman hirsli şəkildə onun harada olmasını soruşur, lakin Paul bu suallara cavab verməkdən boyun qaçırır.

Evindən kənarda sənədli film üzərində çalışan Erik özünü çox yalqız və tənha hiss edir, buna görə də o yenidən qaynar xətt vasitəsilə sekslə məşğul olmaq istəyir. Telefonu birdən Paulun götürməsi Eriki çaşqınlıq içərisində qoyur. Sevgilisinin köhnə pis işlərlə yenə də məşğul olduğunu anlayan Erik çox dilxor olur. Nyu-Yorka geri qayıdan Erik axşam Paul ilə yenidən mübahisə etməyə başlayır. Daha sonra, özünün uzun müddət çalışdığı sənədli film işindən evinə dönən Erik Paulu huşsuz vəziyyətdə yaşadıqları mənzilin kənarında tapır. Paul bərpa və reabilitasiya mərkəzinə göndərilir və bu vaxt o Eriki Eriki onun həyatını məhv etməkdə ittiham edir. Erik yaxınlıqdakı gey kluba gedir və orada İqor (Migel del Toro) adlı rəssamla tanış olur.

2003-cü il. Paul reabilitasiya mərkəzindən buraxılır, Erik isə nəhayət öz filmini müvəffəqiyyətlə sona çatdırır. Erik bundan sonra hər şeyin daha yaxşı olacağını düşünür. Erik, iş üçün başqa yerə gedərkən Paulun da evdə olmaması, onun naməlum yerlərə getməsi xəbərini aldıqda çox sarsılır. Bununla belə, bacısı ona təsəlli verərkən, Erik Pauldan qaldığı oteldə onu ziyarət etməsini izah edən qısa telefon zəngi alır. Paul Erikə hər şeyin yaxşı olduğunu göstərmək istəsə də, onun qəribə davranışları əslində reabilitasiya mərkəzinin ona heç bir köməyi olmadığını açıq-aydın sübut edir. Erik Paulu evə qayıtmaq üçün inandırmağa çalışır, lakin Paul oteldə qalaraq oraya fahişə kişini dəvət edir və Erikin gözü qarşısında onunla cinsi əlaqəyə girir. Bunu görən Erik daha sonra Russu ziyarət edir. Onlar bəzi narkotik vasitələrlə bölüşərək çox güman ki, cinsi əlaqədə olurlar.

2006-cı il. Təxminən bir il müddətində bir-birini görmədikdən sonra, Paul təsadüfən restoranların birində Erik ilə rastlaşır. Uzun müddətli ayrılıq onların hər ikisini daha da gülərüz edib. O daha sonra Paulu gecələmək üçün yaşadığı kənddəki evinə dəvət edir. Paul qəti şəkildə yatmazdan əvvəl sekslə məşğul olmamaq şərti ilə onun dəvətini qəbul edir. Erik axşam küçədə İqorla görüşür və onlar yaxınlıqdakı barda əylənirlər. Birqə kənd həyatı Paul üçün müsbət təsir göstərməli idi və Erik münasibətləri haqqında özünü necə hiss etdiyini Pauldan soruşur. Paul yenidən özünə hakim ola bilməyərək aqressiv insana çevrilir. Paul Erikə ultimatum elan edərək, onların ya birlikdə həyat sürməsi ya da həmişəlik ayrılması barədə yaxın bir neçə saat ərzində konkret qərar qəbul etməsini ondan tələb edir. Tək-tənha qalan Erik gələcək həyatını Paul ilə birgə gördüyünü anlayır və o öz fikrini dəyişdiyini Paula demək üçün axşam onun şəhərdəki mənzilinə və ya işlədiyi yerə baş çəkməyi qərara alır. O Paulun iş yerinə gedərək, necə sevdiyini ona orada etiraf edir, lakin buna baxmayaraq Paul bu etiraflara skeptik yanaşır. Vidalaşarkən onlar sonuncu dəfə qucaqlaşırlar və Paul hər şeyin yaxşı olacağını bildirir.

  • Ture Lindhardt — Erik Rotman
  • Zaxari But — Paul Lüsi
  • Culiana Nikolson — Kler
  • Süleyman Say Savane — Alassan
  • Paprika Stin — Karen
  • Migel del Toro — İqor
  • Sebastian La Koz — Russ
  • David Anzuelo — Russun boyfrendi
  • Maria Dizzia — Vivian
  • Castin Raynzilber — Den
  • Ed Vassallo — Tom

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

Film tənqidçilərin diqqətini cəlb etmiş və əsasən müsbət rəylər almışdır. Rotten Tomatoes vebsaytı 61 peşəkar tənqidçilərin rəylərini ümumiləşdirərək 2,853 rəy əsasında filmi 90% hesabıyla 7.6/10 bal səviyyəsində dəyərləndirir[6]. Metacritic.com filmi 26 tənqidçinin 41 rəy əsasında 88% hesabıyla dəyərləndirir,“ümumbəşəri bəyənmə”yə layiq olduğunu bildirir[7][8].

Mükafat[9]
Mükafat Kateqoriya Resipient Nəticə
Berlin Beynəlxalq Film festivalı Ən yaxşı debyut film Ayra Saks Qazandı
Çex Gey və Lezbiyan Film Festivalı Ən yaxşı rejissor işi üzrə Jüri mükafatı[10] Ayra Saks Qazandı
GLAAD Media Mükafatı Məhdud sayda yayımı olan görkəmli film Namizəd
Independent Spirit Mükafatı Ən yaxşı rejissor işi üzrə Ayra Saks Namizəd
Ən yaxşı ssenari müəllifi Maurisio Zaxarias Namizəd
Ən yaxşı aktyor Ture Lindhardt Namizəd
L.A. Outfest Ən yaxşı ssenari müəllifi[11] Ayra Saks
Maurisio Zaxarias
Qazandı
  1. IMDb (ing.). 1990.
  2. "Keep the Lights On". Music Box Films. 2012-08-31. 2018-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-08.
  3. 1 2 3 "Keep the Lights On: Sundance Film Review" Arxivləşdirilib 2012-05-01 at the Wayback Machine. Hollywood Reporter, January 21, 2012.
  4. Davis, Chris (December 3, 2011). "Ira Sachs Returns to Sundance with Keep the Lights On Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine", Memphis Flyer. Retrieved March 5, 2012.
  5. Oleszczyk, Michael (January 24, 2012). "Sundance Film Festival 2012: Keep the Lights On Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine", Slant Magazine. Retrieved March 5, 2012.
  6. "KEEP THE LIGHTS ON (2012)". 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-09.
  7. "Keep the Lights On review". Metacritic. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-08.
  8. "Critics Love 'Keep the Lights On'". NewNowNext. 2012-09-05. 2018-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-09.
  9. "Keep the Light On (2012) Awards on IMDB". 2012-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-31.
  10. "The love story between two men in New York stars Thure Lindhardt and Zachary Booth". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-31.
  11. "Outfest awards 'Keep the Lights On' with two top prizes". 2013-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]