Nəbi Koroğlu oğlu Tamayev (1887, Sust, Naxçıvan qəzası – 2 iyun 1957, Sust) — çoban, Sosialist Əməyi Qəhrəmanı (1948).[1]
Nəbi Tamayev | |
---|---|
azərb. Nəbi Koroğlu oğlu Tamayev | |
Doğum tarixi | 1887 |
Doğum yeri | |
Vəfat tarixi | 2 iyun 1957 |
Vəfat yeri | |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | qoyunçu |
Mükafatları |
|
Nəbi Tamayev 1887-ci ildə İrəvan quberniyasının Naxçıvan qəzasının (indiki Babək rayonu) Sust kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə "26 Bakı komissarı" kolxozunda başlamış, bu kolxozda çoban işləmişdir. 1947-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 17 avqust 1948-ci il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Nəbi Tamayev 2 iyun 1957-ci ildə Babək rayonunda vəfat etmişdir.[2]