Nəhəcirçay — Babək və Culfa rayonları ərazisində çay. Naxçıvançayın sol qolu.[1]
Nəhəcirçay | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 42 km² |
Mənsəbindən 10 km məsafədə, Şəkərabad kəndindən bir qədər aşağıda ona tökülür. Uzunluğu 14 km, hövzəsinin sahəsi 42 kv. km-dir. Əsasən yağış və qrunt suları ilə qidalanır. Suyu bütünlüklə suvarmada və qahab su anbarının doldurulmasında istifadə edildiyindən, Naxçıvançayın axımının formalaşmasında rolu cüzidir.[1]