Nəimi türbəsi — Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa kəndi yaxınlığında orta əsrlərə aid memarlıq abidəsi.
Qırmızı kərpicdən inşa edilmiş türbənin üstündə bir böyük, altı kiçik günbəz var. 1339–1401-ci illərdə yaşayan, Hürufilik təriqətinin əsasını qoymuş məşhur mütəfəkkir və şair Fəzlullah Nəiminin məzarı üzərində yaradıldığı üçün Nəimi türbəsi adlandırılmışdır.