Nəmrud gölü (türk. Nemrut Gölü) — Türkiyənin şərqində, Ermənistan yaylasında, Nəmrud vulkanının kalderinin cənub-qərbində yerləşən şirin sulu krater gölü. Göl dəniz səviyyəsindən 2247 metr yüksəklikdə yerləşir. Ümumi sahəsi 12 km², ən dərin yeri 176 metrdir[2]. Göl suyunun həcmi — 1,26 km³-dir.[2][3]
Nəmrud gölü | |
---|---|
türk. Nemrut Gölü | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.247 m |
Sahəsi | 12,36 km² |
Yerləşməsi | |
38°37′10″ şm. e. 42°13′20″ ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Təxminən 270 min il əvvəl Nəmrud-Dağ stratovulkananın növbəti püskürməsi nəticəsində onun konusunun tədricən çökməsinə və kalderin meydana gəlməsinə səbəb oldu. Kalderin cənub-qərb hissəsi digərlərindən daha erkən dağıldı və buna görə cənub-qərb hissəsindəki kalderanın dərinliyi ən böyükdür. Məhs bu ərazidə Nəmrud gölü formalaşmışdır.
Göl əsasən qar suyu ilə (Nəmrud-Dağ vulkanı ilin 4 ayı qarla örtülür), həmçinin kalderanın dibində yerləşən bir neçə isti bulaqla qidalanır. Sonradan Nəmrudda baş vermiş kiçik püskürmələr nəticəsində lava axını Nəmrud gölünün şimal hissəsinə özündə ayırmış və Ilı gölü formalaşmışdır.
Nəmrud gölü hazırda şirin su gölüdür. Lakin alimlərin fikrincə, vulkanik proseslərin təsiri ilə Van gölü kimi Nəmrud da tədricən duzlu gölə çevriləcək.[4] Suyun kimyəvi tərkibinin dəyişməsinə səbəb Nəmrud dağının vulkanik fəaliyyəti, həmçinin gölün axarsız olmasıdır. Eləcə də Nəmrud gölü ilə Van gölü suları arasında əlaqənin olması fərziyyəsi var. Van gölünün duzlu suyu (22 ‰ qədər) Nəmrud gölünə axır.[5]
Gölün termal bulaqlarla qidalanması nəticəsində o qış aylarında donmur. Bütün qış boyu su səthinin temperaturunu 8 °C-dən yuxarı olur. Əksər termal mənbələr gölün dərin hissəsində yerləşir və nəticədə gölün dibi daha yüksək temperatura malikdir. Alimlərin hesablamalarına görə yayda göldəki suyun temperaturu 68 m dərinlikdə minimum 3,61 ° C-yə qədər azalır və sonra 150 metr dərinliyə kimi 4.60 ° C-yə kimi yüksəlməyə başlayır.
2007-ci ilin yayında gölün şərq sahilində yeni isti bulaq meydana gəlmişdir.[2]
Fitoplankton baxımdan göl suyu çox zəngindir. 1986-cı ildə göl suyuna aynalı çəki balığı buraxılmış və qısa zamanda artaraq balıqçılıq üçün uyğun duruma gəlib çatmışdır.[6]