Ermənistan yaylası

Ermənistan yaylası[1]Ön Asiyanın şimalında yerləşən yayla.[2] Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir.

Ermənistan yaylası
Ümumi məlumatlar
Mütləq hündürlüyü 5165 m
Sahəsi 400 min
Hündür nöqtəsi Ağrı dağı
Süxurları metamorfik
Yerləşməsi
39°42′ şm. e. 44°18′ ş. u.HGYO
Ölkələr
Ermənistan yaylası xəritədə
Ermənistan yaylası
Ermənistan yaylası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir.

Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir: Sevan, VanUrmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi TürkiyəErmənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir.[3] Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür. Relyefi dalğavaridir. Bəzi ərazilərdə dağ arası düzənliklərə sahibdir. Yaylanın orta hündürlüyü 1500–2000 metrdir. Seysmik baxımından aktiv zonadır. İqlimi kəskin kontinentaldır. Yayı quru, qışı isə soyuq keçir. Yayda orta tempratur 18 °C, qışda isə –6 ; –12 °C arasında dəyişir. İllik yağıntının miqdarı isə 450–600 mm-dir.

Qərbdən Kiçik Asiya yaylası, cənubdan Mesopotomiya ovalığı, cənub-şərqdən isə İran yaylası ilə əhatələnmişdir.

Əsas zirvələri

[redaktə | mənbəni redaktə et]

Yayla ərzisinə vulkanik konuslar, tənha sönmüş vulkanları müşahidə etmək mümkündür.

Ermənistan yaylasında ümumilikdə 4000 zirvə və 500 silsiləyə sahibdir. Burada hündürlüyü 3000–4000 metr olan 1000, 4000–5000 arası 3 və 5000 metrdən yüksək isə bir zirvəyə sahibdir.

Çay və gölləri

[redaktə | mənbəni redaktə et]

Yaylada formalaşan çaylar Xəzər, Qara dənizləriFars körfəzi aiddir. Yaylada Kür, Fərat, Araz, Dəclə və Çorox kimi çayların yuxarı axarları yerləşir.

Ermənistan yaylası ərazisində ümumilikdə 95 000 irili-xırdalı çay axır ki onunda 4000 ədədi 10 kilometrdən çoxdur.

Yaylada yerləşən göllər

[redaktə | mənbəni redaktə et]
  • Van, Göyçə, Urmiya, Çıldır, Ərçək, Nazik və s. Yaylada ümumulikdə 1,200 irili-xırdalı göl vardır.

Flora və fauna

[redaktə | mənbəni redaktə et]

Ermənistan yaylasına hər 1 km² əraziyə 100 növ düşür.[4]

Florası:

Qrup Növlərin ümumi sayı Endemik növ və yarımnövlərin sayı
Borulu bitkilər 3555 106
Göbələklər 4166 2
Mamır 395 -
Yosunlar 388 -
Şibyə 300 -
Ümumi 8804 108

Fauna:

Qrup Növlərin ümumi sayı Endemik növ və yarımnövlərin sayı
Onurğasızlar 17000 316
Balıq 30 9
Məməlilər 83 6
Sürünənlər 53 6
Suda-quruda yaşayanlar 8 1
Quşlar 349 1
Ümumi 17523 339
  1. Azərbaycan Sovet Ensiklopediyası, c. IV, səh. 46.
  2. "Armenian Highland". 2015-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  3. "Ermənistan yaylası". 2014-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.
  4. "UNECE Homepage" (PDF). 2007-06-26 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-09.