Nəriman Əhmədov

Nəriman Mehdi oğlu Əhmədov — alim, biologiya elmləri doktoru, professor. İlk dəfə zəhərli ilanların inkubasiyasını elmi eksperimental yolla kəşf etmiş, inəklərin arasında süni mayalanma üsulunu kəşf etmişdir.[1]

Nəriman Əhmədov
Nəriman Mehdi oğlu Əhmədov
Doğum tarixi
Doğum yeri Fərəhli, Qazax rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi zoologiya
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Tanınır İlk dəfə zəhərli ilanların inkubasiyasını elmi eksperimental yolla kəşf etmiş, inəklərin arasında süni mayalanma üsulunu kəşf etmişdir.

Həyatı və elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Nəriman Əhmədov 1931-ci il oktyabr ayının 20-də Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur. 1938–1945-ci illərdə Fərəhli kənd natamam orta məktəbində təhsil almışdır. 1945-ci ildə Qazax kənd təsərrüfatı texnikumuna daxil olmuş və 1948-ci ilə buranı bitirmişdir. Həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnika fakültəsində təhsilini davam etdirmişdir.

1953-cü ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutuna işə göndərilmişdir. Burada heyvanların müqayisəli morfologiyası laboratoriyasında zootexnik, kiçik elmi işçi, böyük elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.

1960-cı ildə namizədlik, 1970-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

ilk dəfə zəhərli ilanların inkubasiyasını elmi eksperimental yolla kəşf etmiş, inəklərin arasında süni mayalanma üsulunu kəşf etmişdir. Bu ekspermentlər Azərbaycanda geniş yayılmışdır.

1988-ci ildə professor elmi adı verilmişdir. Rəhbərliyi ilə 5 biologiya elmləri namizədi yetişmişdir.

160-dan çox elmi məqalənin, 2 monoqrafiyanın, bir kitab və iki ixtiranın müəllifidir.

1991–2003-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun (indiki Texnologiya Universiteti) İctimai iaşə və ət-süd məhsullarının texnologiyası kafedrasında professor vəzifəsində çalışmışdır.

2003-cü il yanvarın 8-də Bakı şəhərində vəfat etmişdir.

  1. Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017.
  • Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.