Nəriman Abbasqulu oğlu Əzimov (1 iyun 1936, Kirovabad – 19 noyabr 2016, Bakı) — azərbaycanlı bəstəkar və dirijor, professor (2003), Azərbaycan Respublikasının Xalq artisti (1991), Prezident təqaüdçüsü.[1][2][3]
Nəriman Əzimov | |
---|---|
Nəriman Abbasqulu oğlu Əzimov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Gəncə, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, dirijor, xanəndə |
Janr | muğam |
Musiqi aləti | tar |
Təhsili | |
Mükafatları |
|
Nəriman Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirmişdir. Tələbəlik dövründən Xalq Çalğı Alətləri Orkestrində tarzən kimi fəaliyyət göstərən Nəriman Əzimov ömrünün 60 ilini Azərbaycan Televiziyası və Radiosuna həsr etmişdir.[2][3]
Nəriman Əzimov AzTR-nin Xor kollektivində xormeyster işləmişdir. O, 1974-cü ildən Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur.[1] Həmçinin AzTV QSC səs rejissoru işləmişdir. N.Əzimov "Gəncəm", "Xatirə", "Özəlim – gözəlim" və s. əsərlərin müəllifidir. O, 2003- cü ildə professor elmi rütbəsini qazanmışdır.[2][3]
Uzun sürən ürək çatışmazlığından və xəstəlikdən əziyyət çəkən Nəriman Əzimov 19 noyabr 2016-cı ildə vəfat etmiş və Gəncənin Səbsikar qəbiristanlığında dəfn edilmişdir.[2][4].