Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Nəriman Məmməd oğlu Dadaşov (15 fevral 1938, Naxçıvan) — Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyinin keçmiş nazir müavini, "Dövlət qulluğu" təqaüdçüsü, "Qırmızı əmək bayrağı" ordeni laureatı.[mənbə göstərin]
Nəriman Dadaşov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Mükafatları |
Nəriman Dadaşov 15 fevral 1938-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində anadan olmuşdur.
1946-cı ildə Naxçıvan şəhər 2№-li orta məktəbə daxil olmuş və 1956-cı ildə məktəbi bitirmişdir.
1956-cı ildə Naxçıvan Kənd Təsərrüfatı texnikomunun zootexnik şöbəsinə daxil olmuş və 1959-cu ildə zootexnik ixtisası üzrə bitirmişdir.
1963-cü ildə Azərbaycan Kənd Təsərrüfatı inistitutuna daxil olmuş və 1968-ci ildə kənd təsərrüfatının elektrikləşdirilməsi ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirmişdir. Mühəndis elektrik ixtisası verilmişdir.
1973-cü ildə Azərbaycan Ali Partiya məktəbinə daxil olmuş və 1975-ci ildə bitirmişdir.
1988-ci ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan xalq təsərrüfatını idarəetmə inistitutunda müasir idarəetmə üsulları, istehsalın təşkili və planlaşdırılması sahəsində inistitutunun diplomunu almışdır.
1968–1969-cu illərdə Naxçıvan kənd təsərrüfatı texnikomunda müəllim işləmişdir.
1970–1975-ci illərdə Naxçıvan şəhər partiya komitəsində təlimatçı işləmişdir.
1975–1977-ci illərdə Naxçıvan şəhəri vilayət partiya komitəsində təlimatçı işləmişdir.
1977–1984-cü illərdə Naxçıvan şəhər partiya komitəsində II katib vəzifəsində işləmişdir.
1984–2002-ci illərdə Naxçıvan Meliorasiya və Su təsərrüfatı nazirliyində nazir müavini vəzifəsində işləmişdir.
2002-ci ildən "Dövlət qulluğu" təqaüdçüsüdür.
1978-ci ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.
1986-cı ildə SSRİ Ali Sovetinin fərmanı ilə "Əmək Veteranı" medalı ilə təltif edilmişdir.
Naxçıvan MSSR Ali Sovetinin rəyasət heyətinin 1988-ci il 15 fevral tarixli fərmanı ilə fəxri fərmanla təltif edilmişdir.
Ailəlidir, 3 övladı var, 6 nəvəsi var.