Nəriman Həsənov

Həsənov Nəriman Məhəmməd oğlu - ( 20 fevral 1969; Qırılı, Ağstafa rayonu - 17 fevral 1994; Murovdağ, Azərbaycan) - Birinci Qarabağ müharibəsi şəhidi.

Nəriman Həsənov
Həsənov Nəriman Məhəmməd oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qırılı, Ağstafa rayonu
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri Qırılı, Ağstafa
Vətəndaşlığı Azərbaycan
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan ordusu
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1990 - 1994
Rütbə Əsgər|Azərbaycan
Döyüşlər Qazax, Murovdağ, Birinci Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsənov Nəriman Məhəmməd oğlu 1969-cu il fevralın 20-də Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Nəriman orta məktəbi bitirdikdən sonra 1987-ci ildə həqiqi hərbi xidmətini çəkmək üçün Sovet Ordusu hissələrinə yollanır. Hərbi xidməti başa vurub öz yurduna qayıdaraq işləməyə başlayır lakin bu uzun sürmür. 1990-cı ildə könüllü hərbi komisarlığa gedərək xidmətini Qazaxın Alpout sərhəd məntəqəsində davam etdirir. Burda 3 il xidmət etdikdən sonra 1993-cü ilin fevralında Ağdərə istiqamətinə döyüş bölgəsinə yollanır. Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə 8 nəfərlə bir yerdə düşmənin mühasirəsinə düşürlər. 3 günlük mühasirədən sonra işlətdikləri hiylə nəticəsində mühasirədən azad olunurlar. 1994-cü ildə Kəlbəcərə gələrək xidmətini orada davam etdirir. Elə həmin ilin 17 fevral tarixində Murovdağ istiqamətində Otaqlı yüksəkliyinin azad olunması uğrunda gedən qızğın döyüşlərdə 4 nəfər döyüş yoldaşları ilə birlikdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib.