Nəriman Nərimanovun büstü (Sumqayıt)

Nəriman Nərimanovun büstü[1] — Yerli əhəmiyyətli abidə 1964-cü ildə heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva tərəfindən işlənmişdir. Sumqayıt şəhərində ən yaşlı monumental abidələrdən sayılır. Abidə 1964-cü ildə açılmışdır. Abidə Sumqayıt şəhəri, 15-məhəllə, Heydər Əliyev prospektində yerləşir. Büstün postamentində naşir, dramaturq və dövlət xadimi olan Nəriman Nərimanovun adı kiril əlifbası ilə yazılsa da 2000-ci illərdə yazı latınca ilə əvəzlənmişdir. Postament mərmər üzlüklə üzlənmişdir.

Nəriman Nərimanovun büstü
Ölkə Azərbaycan
Yerləşir Sumqayıt
Heykəltaraşlar M. Mirqasımov, Ə. İsmayılov və F. Leontyeva
  1. "Nəriman Nərimanovun büstü (Sumqayıt)". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-16.