Nəriman Tahirov

Tahirov Nəriman Cəfər oğlu
Alim
Doğum tarixi 1928 - ci il
Doğum yeri Aşqabad
milliyyəti azərbaycanlı
Vəfat tarixi 1992 - ci il (64 yaş)
Vəfat yeri Amerika
Məzarı Bakı

Həyati[redaktə | mənbəni redaktə et]

Tahirov Nəriman Cəfər oğlu 1928 - ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. 1952 - ci ilde Azərbaycan Sənaye Institutunun (İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və Qaz quyularının istismarı ixtisası üzrə Neft - mədən fakultəsini bitirmişdir. 1957-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1973-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcəsini və professor elmi adını almışdır. Nəriman Tahirov 1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilmişdir.

1992-ci ildə Amerikada ürək çatışmazlığından vəfat etmişdir. Bakıda dəfn olunmuşdur.

Elmi fəaliyyətləri[redaktə | mənbəni redaktə et]

N.Tahirov institutu bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının Neft ekspedisiyasında, Azərbaycan Elmi tədqiqat Neftçıxarma Institutunda (AzETNÇI) və Dərin Neft-Qaz Yataqları problemi Institutunda işlemişdir. O, M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft ve Kimya Institutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft ve Qaz yataqlarının işlenilməsi ve istismarı kafedrasında dərs demişdir.

Elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

N.Tahirov neft ve qaz yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alim olmuşdur. Onun elmi tədqiqat istiqamətlərinə Layın fiziki-kimyası, neft-qaz veriminin artırılmasına yeni üsulları, neft hasilatının intensivləşdirilməsi sahəsində tədqiqatlar, dərində yerləşən layların neft-qaz verimi mexanizminin öyrənilmesi, səthi - molekulyar ve kapilyar hadisələr sahəsində tədqiqatlar, lay sularının selektiv tecridi üçün hidrotəcridedici material qismində istifadə edilən yüksək səmərəli və münasib qiymətli reagentlerin tapılması, həmçinin heft ve qaz quyularının quyudibi zonalarının fiziki-kimyevi üsullarla öyrənilməsi mexanizmi daxildir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

  • Professor N.Tahirov keçmiş SSRİ məkanında neft-qaz Layının fizika və kimyası sahəsində Elmlər Akademiyasının yeganə müxbir üzvü olmuşdur.
  • Azərbaycan Elmlər Akademiyasının Yer Elmləri Bölməsi tərəfindən buraxılan "Xəbərlər" jurnalının redaktor müavini işləmişdir.
  • Neft elmini müxtəlif beynəlxalq elmi konfrans və simpo­zium­larda daim ləyaqətlə təmsil etmişdir.
  • Keçmiş SSRİ Elmlər Akade­mi­yasının Neft və qaz yataqlarının işlənilməsi problemləri üzrə elmi şurasının və Ali Attestasiya Komissiyasının ekspert şurasının, həmçinin Respublikada neft elmi sahəsində dərəcələr verən bir neçə ixtisaslaşdırılmış elmi şuraların, o cümlədən Azər­baycan Elmlər Akademiyasının Elmi Şurasının üzvü olmuş­dur.

N.Tahirov 300-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafi­ya­nın, ixtira və patentlərə görə 25 müəlliflik şəhadətnaməsinin müəllifi olmuş­dur.

N.Tahirovun rəhbərliyi altında 3 elmlər doktoru və 25 fəlsəfə doktoru hazırlan­mışdır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

N.Tahirov elmi fəaliyyətinə görə Azərbaycan Respublikası Ali So­ve­tinin Fəxri Fərmanı, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif olun­muşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

AMEA-nın vəfat etmiş müxbir üzvü