Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi — Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən biridir. Nərimanov rayon MKS-nin direktoru: T.S.İndeykina
Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı" haqqında Sərəncamının[1] Tədbirlər Planının 2.1.5 bəndinə uyğun olaraq 2011-ci ildə yaradılıb.
Nərimanov rayonunda yerləşən 4 kitabxana (A.Şaiq adına uşaq kitabxanası, A.P.Çexov adına kütləvi kitabxana, T.Şahbazi adına kütləvi kitabxana və A.Qaydar adına uşaq kitabxanası) bazasında Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) yaradılıb. Hal-hazırda MKS-də 3 kitabxana fəaliyyət göstərir.
Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanasının tərkibində 6 şöbə — Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, İnformasiya resurs şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi fəaliyyət göstərir. Rəhbərlik Mərkəzi Kitabxana tərəfindən aparılır.
Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"haqqında Sərəncamının Tədbirlər planının 2.1.5. bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 24 yanvar tarixli 40 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin "Mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması haqqında"27 yanvar 2011-ci il tarixli 4 saylı əmrinə əsasən, Nərimanov rayon A.Şaiq adına uşaq kitabxanası, Nərimanov rayon Mərkəzi Kitabxana adlandırılmışdır.
1956-cı ildə Nərimanov rayonunda "Montin"adına kütləvi kitabxana yaradılmışdır. 1960-cı ildən Nərimanov rayonu, Məmmədzadə küçəsi 11 ünvanına köçürülmüşdür və həmin vaxtdan adı dəyişdirilib A.P.Çexov adına kütləvi kitabxana olmuşdur. Azərbaycan Respublikası Prezdentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"haqqında Sərəncamının Tədbirlər planının 2.1.5. bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 24 yanvar tarixli 40 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin "Mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması haqqında"27 yanvar 2011-ci il tarixli 4 saylı əmrinə əsasən, Nərimanov rayon A.P.Çexov adına kütləvi kitabxana öz sərbəst adından çıxarılıb, Nərimanov rayon Mərkəzi Kitabxananın 1 saylı filialı adlandırılmışdır.
1953-cü ildən Nərimanov rayonu H.Əliyev prospekti 80/1 ünvanında A.Qaydar adına uşaq kitabxanası yaradılmışdır. Azərbaycan Respublikası Prezdentinin 06 oktyabr 2008-ci il tarixli 3072 saylı "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"haqqında Sərəncamının Tədbirlər planının 2.1.5. bəndinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2011-ci il 24 yanvar tarixli 40 nömrəli sərəncamının icrasını təmin etmək məqsədi ilə verilən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin "Mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılması haqqında" 27 yanvar 2011-ci il tarixli 4 saylı əmrinə əsasən, Nərimanov rayon Qaydar adına uşaq kitabxanası öz sərbəst adından çıxarılıb, Nərimanov rayon Mərkəzi Kitabxananın 2 saylı(uşaq) kitabxana-filialı adlandırılmışdır.