Nəsib Göyüşov

Nəsib Göyüşov — şərqşünas, filologiya elmləri doktoru

Nəsib Göyüşov
Doğum tarixi (77 yaş)
Doğum yeri Kəlbəcər, Azərbaycan Azərbaycan SSR, SSRİ SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi filologiya elmləri doktoru
Təhsili

5 sentyabr 1947-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda doğulmuş, Onbirillik orta məktəbi bitirdikdən sonra 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İran bölməsinə daxil olmuş, 1970-ci ildə həmin Universiteti  fərqlənmə diplomu ilə bitirmişdir.

 Əmək fəaliyyətinə 1970-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda başlamış, müxtəlif illərdə elmi işçi, elmi katib, aparıcı elmi işçi, Mətnlərin nəşrə hazırlanması və Əlyazmaların kataloqlaşdırılması şöbələrinin müdiri vəzifələrində işləmiş, hal-hazırda isə Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri vəzifəsində çalışır.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1981-ci ildə iki ixtisas (Türk dilləri və İran dilləri) üzrə namizədlik dissertasiyası (Ph.d) müdafiə etmiş, 2009-cu ildə isə “Füzulinin sənət və mərifət dünyası” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə elmlər doktoru dərəcəsi almişdır. 15 kitab və 160-dən çox elmi məqalənin müəllifidir. Türkiyə, İran, Kipr, Moskva və Sankt-Peterburqda keçirilən beynəlxalq konfranslarda elml məruzələrlə çıxış etmiş, xaricdə iki kitabı və on beş məqaləsi nəşr edilmişdir. Rus, fars və Türkiyə türkcəsini mükəmməl bilir.

2010-cu ildə Routledge (London and New York) nəşriyyatı tərəfindən çap edilmiş “Sovet şərqşünaslıq araşdırmaları irsi” (The Heritage of Soviet Orientalist Studies) adlı kitabın (Müəllifləri: Michal Kemper, Stephan Conermann) Azərbaycan İslam araşdırmaları bölməsində məşhur şərqşünas akademik Vasim Məmmədəliyevlə yanaşı, N.Göyüşovun elmi fəaliyyəti haqqında məlumat verilib. Amerikanın San-Fransisko şəhərində fəaliyyət göstərən “Academia.edu” saytında isə onun 3 kitab və 21 məqaləsi PDF formatında yerləşdirilib, həmin əsərlərdən 45 ölkədən (ABŞ, Kanada, İngiltərə, Fransa, Almaniya, Rusiya, Danimarka, İsveç, İtaliya, İspaniya, Meksika, Braziliya, Türkiyə, İran, Hindistan, Pakistan, İndoneziya və s.) olan istifadəçilər faydalanmışlar və bu proses davam edir.

1974-1976 və 1984-1986-cı illərdə keçmiş Sovet İttifaqının Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə İranda tərcüməçi kimi çalışmış, Səfirliyin yüksək Fəxri Fərmanı ilə təltif edilmişdir.

2.1. Elmi maraq sahələri:

[redaktə | mənbəni redaktə et]

Yazılı abidələrin kataloqlaşdırılması, tədqiqi və nəşri, Orta əsrlər farsdilli və türkdilli ədəbiyyat, müsəlman Şərq xalqlarının elm və mədəniyyət tarixi, İslam estetik nəzəriyyəsi, təsəvvüf, sufi ədəbiyyatı və simvolikası, İslam mədəniyyəti, irfan və onun bədii təfəkkürlə əlaqəsi, Orta əsrlər təsəvvüf, fəlsəfə  və digər humanitar sahələr üzrə klassik abidələrin fars dilindən Azərbaycan dilinə izah və şərhlərlə akademik tərcüməsi. 

2.2. Monoqrafiyaları:

[redaktə | mənbəni redaktə et]

1. Füzulinin sənət və mərifət dünyası. İran Beynəlxalq «Suruş» nəşriyyatı. 1997

2. Təsəvvüf anlamları və dərvişlik rəmzləri.  Bakı: Tural-Ə, 2001

3. Qur'an və irfan işığında. Bakı: İqtisad Universiteti. 2004

4. Milli sənətin nəzəri təhlilinə giriş. Bakı: Nurlan. 2006

5. Füzuli: Düşüncə və ruhun poetikası. Bakı: Nurlan. 2011

2.3. Tərcümələri:

[redaktə | mənbəni redaktə et]

1. Xalq təbabəti xəzinəsindən (Ön söz, tərcümə, tərtib, izah və şərhlər). Azərbaycan Milli

Ensiklopediyası Baş Redaksiyası, Bakı, 1992

2. Abdulla Nəsri. Qur'anda dünyaşünaslığın əsasları. Bakı: Qələm.2003

3. Eynülqüzzat Həmədani. Təmhidat. Bakı: Adiloğlu. 2006

4. Şeyx Mahmud Şəbüstəri.  “Gülşəni-raz”.  Şəmsəddin Məhəmməd Lahici. 

“Məfatihül-icaz fi Şərhi- Gülşəni-raz”. c. 1-2. Bakı, Adiloğlu. 2008

5. Əbu Hamid əl-Qəzali. “Kimiyayi-səadət”.  Bakı: “Şərq-Qərb”. c. I-II. 2013

6. Ömər Xəyyam. Rübailər.  Türkiyə, Bursa: “Dora”. 2014

7. Nüzhətül-məcalis. Camal Xəlil Şirvani (X-XIII əsrlərdə farsca yazılmış məşhur rübailər toplusundan Seçmələr.  (Farscadan Azərbaycan dilinə filoloji tərcümə, ön söz və şərhlər). Bakı: TEAS.Press. 2016

2.4. Kataloqlar:

  1. Каталог персидских рукописей (Научное описание). Под редакцией: к.ф.н.Н.ДЖ. Геюшова. Баку: Элм.1994
  2. Каталог персидских рукописей (Научное описание и составление): к.ф.н. Н.Дж. Геюшов и Г. Наджафов. Баку: Элм. 2000