Nəsimi Şıxalıyev

Nəsimi Yarməmməd oğlu ŞıxalıyevAzərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi veteranı.

Nəsimi Şıxalıyev
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2008—hal-hazırda
Rütbə Polkovnik-leytenant
Döyüşlər Vətən müharibəsi
 • Suqovuşan döyüşləri
Təltifləri "Zəfər" ordeni — 2020 "Vətən uğrunda" medalı — 2020 "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Polkovnik-leytenant Nəsimi Şıxalıyev Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edildi.

Vətən müharibəsi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Nəsimi Şıxalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvələrinin məhv edilməsində fərqlənib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəsimi Şıxalıyev "Zəfər" ordeni ilə təltif edildi.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]