Nəsimi Əliyev

Nəsimi Məmmədoğlu (26 sentyabr 1973, Bakı) — rejissor, ssenari müəllifi, prodüser

Nəsimi Məmmədoğlu
Nəsimi Məmməd oğlu Əliyev
Digər adı Nəsimi Əliyev
Doğum tarixi 26 sentyabr 1973(1973-09-26) (51 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Fəaliyyəti kinorejissor, rejissor, ssenarist, prodüser
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
1996-2000
Mükafatları "Tərəqqi" medalı

Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.

1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb.

1993–1998-ci illər Ordu sıralarında qulluq edib.

1996–2000-ci illər ADMİU-nin rejissorluq fakültəsində təhsil alıb.

2004–2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub.

2001–2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib.

2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır.

22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.

2015–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib.

Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.

  1. "Skripkaçı" (film, 1999) (sənədli) — İnternyus-Azərbaycan (ssenari müəllifi R. Məmmədov)
  2. İz (film, 2002) (qısametrajlı bədii) Lider Tv (ssenari müəllifi və rejissor)
  3. Çıxış (film, 2006) (sənədli) — İsveçrə-Azərbaycan (ssenari müəllifi, prodüser və rejissor)
  4. "Mən Tənha deyiləm" (film, 2006) (sənədli) — (prodüser və rejissor)
  5. "Sarı sim" (film, 2007) (sənədli) — İctimai Tv (ssenari müəllifi və rejissor)
  6. "Maestro Niyazi" (film, 2007) (sənədli) — İctimai Tv (rejissor)
  7. Papaq (film, 2007) (sənədli) — İctimai Tv (ssenari müəllifi və rejissor)
  8. "Saat" film (qısametrajlı bədii) — Mədəniyyət Nazirliyi (rejissor)
  9. "İşığın rəngi" (film, 2008) (sənədli) — İctimai Tv (ssenari müəllifi və rejissor)
  10. "Muğamat var olan yerdə…" (film, 2009) (rejissor)
  11. "Tunis miniatürləri" (film, 2010) (sənədli) — İctimai Tv (rejissor)
  12. "Dalan" (film, 2012) (ssenari müəllifi və rejissor)
  13. Azərbaycan futbolunun əfsanələri. Anatoli Banişevski (film, 2012) (ssenari müəllifi və rejissor)
  14. "İgidliyin zirvəsi" (film, 2013) (sənədli) — (rejissor)
  15. Azərbaycan kinosunun salnaməsi (film, 2013)
  16. "Dənizə doğru" (film, 2013) (sənədli) — İTV (müəllif və rejissor)
  17. "Qobustan kölgələri" (film 2013) İTV (quruluşçu rejissor)
  18. Azərbaycan pəhləvanları (film, 2014) (rejissor)
  19. "Bataqlığda bitən qamış" (film, 2014) (sənədli) — İTV (rejissor)
  20. "Pillələr" (film, 2014) (sənədli) — İTV (rejissor)
  21. "GENİŞ FORMATDA" İTV — 2014 (müəllif və rejissor)
  22. "Bakının qonaqları" İtv — 2014 (rejissor)
  23. "Zirvəyə doğru) (sənədli film 2014) İTV (rejissor)
  24. Alovlan, doğma məşəlim (film, 2015)
  25. "Dağ yəhudiləri" (film, 2015) (sənədli) — İTV (rejissor)
  26. "Avarlar" (film, 2015) (sənədli) — İTV (quruluşçu rejissor)
  27. "Tatarlar" (film, 2015) (sənədli) — İTV (quruluşçu rejissor)
  28. "Xalqların şərəf tarixi" (film, 2015) (sənədli) — İTV (ssenari müəllifi və rejissor)
  29. "General Cəmşid Naxçıvanski" (film, 2015) (sənədli) — İTV (rejissor)
  30. "Əshabi-Kəhf" (film, 2015) (sənədli) — İTV (rejissor)
  31. "İlahi" (Klip-Alim Qasımov) (Quruluşçu rejissor)
  32. "Xalq rəssamı Oqtay Şixəliyev" (film, 2016) (sənədli) — İTV (müəllif və rejissor)
  33. "Qrasiya" (film, 2016) (sənədli) — İTV (müəllif və rejissor)
  34. "Qanlı tarix" (film,2017) — İTV (müəllif və rejissor)
  35. "Mir Mövsüm Ağa" (film, 2017) (sənədli) — İTV (rejissor)
  36. "Zaqatala qalası" (sənədli film 2017) — İTV (müəllif və rejissor)
  37. "Alban abidələri" (sənədli film 2017) — İTV (müəllif və rejissor)
  38. "İsmayıl Osmanlı" (sənədli film) — İTV (müəllif və rejissor)
  39. "Milli qəhrəman Koroğlu Rəhimov" (sənədli film 2018) — (rejissor)
  40. "Milli qəhrəman Elman Hüseynov" (sənədli film 2018) — (rejissor)
  41. "Sevgi dolu dünyamız" (sənədli film 2018) — (rejissor)
  42. "Cümhuriyyət əsgəri" (sənədli film 2018) — (rejissor)
  43. "715-ci məhbus" (sənədli film 2018) — (rejissor)
  44. "Xalqın bəxtiyar Həsəni — kinoaktyor Həsən Məmmədov" (2018 sənədli film) — (rejissor)
  45. "Cəsur tankçı Albert Aqarunov" 2018 (rejissor)
  46. "Kinorejissor Rasim Ocaqov" (sənədli film 2018) (quruluşçu rejissor)
  47. "Masallı abidələri" (sənədli film İtv 2019) (quruluşçu rejissor)
  48. "Muzey sirləri. Sehirli rəsmlərin solmuş rəngləri" (sənədli film İtv 2019) (rejissor)
  49. "Şahmat aləmi" (sənədli film 2019 İtv) (quruluşçu rejissor)
  50. "Qaranlıqdan işığa- Cəlil Məmmədquluzadə" (sənədli film 2019) (quruluşçu rejissor)
  51. "ANAR-Uzun ömrün akkordları" (sənədli film 2019) — İTV (quruluşçu rejissor)
  52. "Gülüşün özü" (sənədli film 2019) — İTV (rejissor)
  53. "Vətən dili" (sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
  54. "Tanrı sizi qorusun" (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
  55. "Bura Vətəndir" silsiləsi "Hunlar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  56. "Bura Vətəndir" silsiləsi — "Qaraçılar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  57. "Bura Vətəndir" silsiləsi — "Ceklər" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  58. "Bura Vətəndir" — "Udilər" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  59. "Bura Vətəndir" — "Rutullar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  60. "Bura Vətəndir" — "Haputlar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  61. "Bura Vətəndir" — "Ayrımlar" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  62. "Bura Vətəndir" — "Yergüclər" (sənədli-etnoqrafik film 2019) — İTV (quruluşçu rejissor)
  63. "Cahana və zamana sığmayan insan" "İmadəddin Nəsimi" (sənədli film 2019) — İTV (quruluşçu rejissor)
  64. "Məktub" (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
  65. "Bura Vətəndir" silsiləsi " "Qumuqlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  66. "Bura Vətəndir" silsiləsi "Şahsevənlər" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  67. "Bura Vətəndir" silsiləsi " İncəlilər" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  68. "Novruz"- "Yeni gün" (film 2020) — İTV (quruluşçu rejissor)
  69. "Bura Vətəndir" silsiləsi " "Tatarlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  70. "Bura Vətəndir" silsiləsi "Malakanlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  71. "Görünməyən düşmən — COVİD −19" (sənədli film 2020) — İTV (rejissor)
  72. "Mən qayıdacağam-Cəmşid Naxçıvanski" (tammetrajliı bədii film 2020) (ssenari müəllifləri R. Ələkbərov, N. Məmmədoğlu) (quruluşçu rejissor)
  73. "Bura Vətəndir" silsiləsi — "Buduqlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  74. "Bura Vətəndir" silsiləsi " "Talışlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  75. "Bura Vətəndir" silsiləsi "Qrızlar" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  76. "Bura Vətəndir" silsiləsi " "Həmrəyik" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  77. "Bura Vətəndir" silsiləsi " "Əliklər" (sənədli-etnoqrafik film 2020) — İtv (quruluşçu rejissor)
  78. "44 GÜN ZƏFƏR YOLU" (Vətən Müharibəsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş — 5 hissəli sənədli film 2020) — İTV (quruluşçu rejissor)
  79. "Bura Vətəndir" silsiləsi "Şəlalələr kəndi: Laza" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  80. "Bura Vətəndir" silsiləsi "Ləzgilər" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  81. "Cinayət və cəzasızlıq" (Erməni terrorizmindən bəhs edən 3 seriyalı bədii-sənədli film) — İTV (quruluşçu rejissor)
  82. "Bura Vətəndir" silsiləsi "Təbiət gözəli: Katex" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  83. "Bura Vətəndir" silsiləsi "İngiloylar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  84. "Bura Vətəndir" silsiləsi " "Xınalıq və Xınalıqlılar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  85. "Bura Vətəndir" silsiləsi " "Susaylılar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  86. "Bura Vətəndir" silsiləsi " "Saxurlar" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  87. "Bura Vətəndir" silsiləsi "İlisu" (sənədli-etnoqrafik film 2021) — İTV (quruluşçu rejissor)
  88. "Məktub 3.0 — Qurucu" (Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş sənədli film 2021) — İTV (quruluşçu rejissor)
  89. "Bir gün işığa doğru Şuşa " (sənədli film 2022) — İTV (quruluşçu rejissor)
  90. "Bir gün ən vacib iş" "Kəlbəcər" (sənədli film 2022) İTV (quruluşçu rejissor)
  91. "Sıradan birimiz" İlyas Danilov (sənədli film 2022) — İtv (quruluşçu rejissor)
  92. "Xəmsə silsiləsinin ilk filmi "Nizami" (televiziya filmi 2022) — İTV (quruluşçu rejissor)
  93. "Şuşanın dağları başı dumanlı" (bədii-sənədli film 2022) İTV (quruluşçu rejissor)
  94. "Qrossmeyster (2023) — Debüt" , "Qrossmeyster — Mittelşpil" , "Qrossmeyster — Endşpil" (Ulu Öndər Heydər Əliyevə həsr olunmuş 3 seriyalı sənədli film.İTV) quruluşçu rejissor
  95. "İçəri şəhər Heydər Əliyevin izi ilə" (2023) Rejissor
  96. "Xəmsə silsiləsinin ikinci filmi "Əfzələddin Xəqani" (sənədli-bədii. İTV film 2024) Quruluşçu rejissor və ssenari müəllifi.
  97. "Xəmsə silsiləsinin üçüncü filmi " "İmadəddin Nəsimi" (sənədli film. İTV 2024) Quruluşçu rejissor və ssenari müəllifi.
  98. "Çalınmayan son zəng" (sənədli film.İTV 2024) Quruluşçu rejissor.
  99. "Mehriban ana" sənədli (film.İTV 2024 il) Quruluşçu rejissor
  • "Debüt Kinotavra"gənclərin beynəlxalq kinofestivalı ("Skripkaçı" filmi — Dövrlə səsləşən ən yaxşı film) 2001-ci il aprel Moskva.
  • "Audio-vizual" festival ("Skripkaçı" filmi — ən yaxşı sənədli film) 2001-ci il oktyabr Bakı.
  • İslam Dövlətlərinin kinofestivalı ("Skripkaçı" filmi — İftixar diplomu) 2002-ci il mart Tehran.
  • Mədəniyyət nazirliyi və kinemotoqrafçılar ittifaqının "Qızıl çıraq" mükafatı. ("Çıxış" filmi — Ən yaxşı tammetrajlı sənədli film) 2006-cı il avqust Bakı.
  • Gənclərin Beynəlxalq "Audio vizual" festivalı. ("Çıxış" filmi — Qran Pri mükafatı) 2006-cı il noyabr Bakı.
  • "Yaşamaq dövrüdür" 3-cü Beynəlxalq kinofestivalı. ("Çıxış" filmi — iki xüsusi mükafat) 2007-ci il mart Sankt-Peterburq.
  • "Ailə və gender problemləri" mövzusunda çəkilmiş sənədli filmlər festivalı. ("Mən tənha deyiləm" filmi — xüsusi mükafat) 2009-cu il aprel Bakı.
  • 12-ci Beynəlxalq Avropa-Asiya Televiziya forumu. ("Papaq"sənədli filmi — "ekranda etnoqrafik mövzu" mükafatı) 2009-cu il noyabr Moskva.
  • İlk Avropa oyunlarına həsr olunmuş sənədli film festivalı. (Azərbaycan futbolunun əfsanələri silsiləsindən "Anatoli Banişevski" sənədli filmi — Ən yaxşı sənədli film) 2014-cü il noyabr Bakı.
  • Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 22 iyul 2020-ci il.