Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.
Nəsimi Məmməd oğlu Əliyev 26 avqust 1973-cü ildə Bakı şəhərində anadan olub.
1990-cı ildə orta təhsilini bitirdikdən sonra rejissor köməkçisi kimi Dövlət televiziyasında əmək fəaliyyətinə başlayıb.
1993–1998-ci illər Ordu sıralarında qulluq edib.
1996–2000-ci illər ADMİU-nin rejissorluq fakültəsində təhsil alıb.
2004–2006-cı illərdə polşalı rejissor Kşıştov Zanussinin rəhbərliyi altında keçən İsveçrənin "AVANTİ" layihəsində işttirak edib və həmin layihənin sənədli filmlər bölməsinin qalibi olub.
2001–2007-ci illər "Lider" televiziyasında mədəniyyət proqramlarında rejissor işləyib.
2007-ci ildən "İctimai Televiziya və Radio Yayımları Şikətində" quruluşçu rejissor kimi çalışır.
22 iyul 2020-ci il Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
2015–2017-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və "QN" Uşaq Kino Məktəbində rejissor sənəti üzrə dərs deyib.
Azərbaycan Kinemotoqrafçılar ittifaqının və peşəkar kinorejissorlar gildiyasının üzvüdür.
"Şahmat aləmi" (sənədli film 2019 İtv) (quruluşçu rejissor)
"Qaranlıqdan işığa- Cəlil Məmmədquluzadə" (sənədli film 2019) (quruluşçu rejissor)
"ANAR-Uzun ömrün akkordları" (sənədli film 2019) — İTV (quruluşçu rejissor)
"Gülüşün özü" (sənədli film 2019) — İTV (rejissor)
"Vətən dili" (sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
"Tanrı sizi qorusun" (Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya həsr olunmuş sənədli-bədii film 2019) — İTV (quruluşçu rejissor)
"44 GÜN ZƏFƏR YOLU" (Vətən Müharibəsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş — 5 hissəli sənədli film 2020) — İTV (quruluşçu rejissor)
"Debüt Kinotavra"gənclərin beynəlxalq kinofestivalı ("Skripkaçı" filmi — Dövrlə səsləşən ən yaxşı film) 2001-ci il aprel Moskva.
"Audio-vizual" festival ("Skripkaçı" filmi — ən yaxşı sənədli film) 2001-ci il oktyabr Bakı.
İslam Dövlətlərinin kinofestivalı ("Skripkaçı" filmi — İftixar diplomu) 2002-ci il mart Tehran.
Mədəniyyət nazirliyi və kinemotoqrafçılar ittifaqının "Qızıl çıraq" mükafatı. ("Çıxış" filmi — Ən yaxşı tammetrajlı sənədli film) 2006-cı il avqust Bakı.
Gənclərin Beynəlxalq "Audio vizual" festivalı. ("Çıxış" filmi — Qran Pri mükafatı) 2006-cı il noyabr Bakı.
"Yaşamaq dövrüdür" 3-cü Beynəlxalq kinofestivalı. ("Çıxış" filmi — iki xüsusi mükafat) 2007-ci il mart Sankt-Peterburq.
"Ailə və gender problemləri" mövzusunda çəkilmiş sənədli filmlər festivalı. ("Mən tənha deyiləm" filmi — xüsusi mükafat) 2009-cu il aprel Bakı.
12-ci Beynəlxalq Avropa-Asiya Televiziya forumu. ("Papaq"sənədli filmi — "ekranda etnoqrafik mövzu" mükafatı) 2009-cu il noyabr Moskva.
İlk Avropa oyunlarına həsr olunmuş sənədli film festivalı. (Azərbaycan futbolunun əfsanələri silsiləsindən "Anatoli Banişevski" sənədli filmi — Ən yaxşı sənədli film) 2014-cü il noyabr Bakı.
Milli Mətbuat gününün 145 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib. 22 iyul 2020-ci il.