Nəsirvazçay — Ordubad rayonu ərazisində çay. Gilan çayın sol qolu.[1]
Nəsirvazçay | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Zəngəzur silsiləsinin ətəyindən başlanır. Uzunluğu 12 km., hövzəsinin sahəsi 44 kv. km-dir. Əsasən yeraltı sular və qar suları ilə qidalanır. Suvarmada istifadə edilir. Sağ sahili sıldırım qayalıqlara, sol sahili füsunkar mənzərəli çoxterraslı relyefə malikdir.[1]