Nəsrəddin Naxçıvani

Nəsrəddin Naxçıvani (v. 1288) — Qutluğşah ibn Səncər ibn Abdulla əs-Sahibi ən-Naxçıvani (V-1288) — alim, filosof, müşrif, dövlət xadimi.

Nəsrəddin Naxçıvani
Vəfat tarixi 1288

Görkəmli alimlər ailəsinin nümayəndəsidir. Məşhur ərəb alimi və biblioqrafı ibn ibn əl- Fuvatinin məlumatına görə Nəsrəddin Naxçıvani 1277-ci ildə Vasit mahalında sədr müavini təyin olunub. 1286-ci ildə İraqa müşrif ( vilayət müfəttişi ) təyi olunub. Burada itaətsizlik göstərərək 1288-ci ildə vəzifəsindən kənarlaşdırılmışdır. 1288-ci ildə İraq müşrifi Sədədövlət Məsud əl-Yəhudi əl-Məşiri tərəfindən öldürülmüşdür.

Salman əl Farsi ziyarətgahında məqbərədə dəfn olunub. Fəlsəfəyə dair qiymətli əsəri miras qalmışdır. Mənbələrin verdiyi məlumata görə Nəsrəddin Naxçıvani Vasit mahalında Cəfər çayı sahilindəki əl-Məmun şəhərçiyində mədrəsə və Mədaində ribat (qonaq evi,karvansara) tikdirmişdir.[1]

  1. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 446. ISBN 5-8066-1468-9.