Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nəsrin Əta Ərbil (1934, Ərbil mühafəzəsi, İraq Kürdüstanı) — ilk türkman şairəsi,[mənbə göstərin] Azərbaycan Yazıçılar Birliyinin üzvü (2001).
Nəsrin Əta Ərbil | |
---|---|
Doğum tarixi | 1934 |
Doğum yeri |
Nəsrin Əta Ərbil 1934-cü ildə İraqın ən əski türkman şəhərlərindən biri olan Ərbildə doğulmuşdur[1]. Yetişməsində atasının böyük rolu olmuşdur. Özünün qeyd etdiyi kimi, atasının "Sıcaq misraları arasında" böyümüş, onun zəngin kitabxanasından yararlanmışdır. Doğma türkman (Azərbaycan) dilindən başqa ərəb, ingilis, alman dillərini bilir.
60-cı illərdən başlayaraq İraq türkmanları arasında ən çox sevilən və məşhur şairlərdən biri olmuşdur. Bağdadda çıxan "Qardaşlıq" dərgisinin, demək olar ki, bütün saylarında onun şeirləri çap olunmuşdur.
Nəsrin Ərbil 2001-ci ildə Qəzənfər Paşayevin sayəsində Bakıya gəlmiş, Dünya Azərbaycanlılarının I Qurultayında iştirak etmişdir[2]. Həmin ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.