Nəsx və mənsux

Nəsx və mənsuxQuran ayələrinin və ya hədislərin bəzi müddəalarının başqa ayə və ya hədislərin hökmlərinin xeyrinə ləğv edilməsi.[1]

Nəsx[2][3] (ərəb. نسخ‎) — "ləğv etmə", "aradan qaldırma", "dəyişiklik" mənalarına gəlir; İslamda ilahi vəhyin ləğvi, dəyişdirilməsi və ya redaktəsidir.

Mənsux ləğv edilmiş müddəanın adıdır.

Müsəlman doktrinasına görə, 23 il ərzində Məhəmməd peyğəmbərə ilahi vəhylər göndərilib. Və bu vəhylər təkcə Müqəddəs Yazılara daxil olan ayələrlə məhdudlaşmır. Vəhylərin üç kateqoriyaya aid olduğu güman edilir:

  • Qısamüddətli, anlıq dəyəri olan vəhylər. Onlar hər hansısa konkret həyat vəziyyətləri üçün göndərilib və ümumi xarakter daşımayıb.
  • Qalıcı, daha davamlı məna daşıyan vəhylər. Bunlar Məhəmməd peyğəmbər tərəfindən ictimai yerlərdə və ya konkret insanlarla söhbətləri zamanı ifadə edilmiş, xatırlanmış və qeydə alınmışdır.
  • Allahın iradəsinə uyğun olaraq Onun əbədi kəlamına — Qurana daxil olan vəhylər.[4]

Quran ayələrinin ləğvinə (nəsx) misal olaraq aşağıdakı hədisləri göstərmək olar: "Aişə rəvayət edir ki, Quranda nazil olanlar arasında "On dəfə süd əmizdirmə haramdır" kəlməsi də var idi, lakin sonra bu əmr "beş dəfə" ilə əvəz olundu. Bu ayə peyğəmbərin vəfatına qədər Quranda qaldı" (Müslim, Rada 24, / 1452 /; Əbu Davud, Nikah 11, / 2062 /; Tirmizi, Rada 3, / 1150 /; Nəsai, Nikah 51, / 6, 100 /).

" Biz bir ayənin yerinə başqa bir ayə gətirdiyimiz zaman - Allah nə nazil etdiyini yaxşı bilir - onlar: “Sən ancaq bir iftiraçısan”, – dedilər. Xeyr! Onların çoxu (həqiqəti) bilmir. Quran, 16/101[5] "
  1. Burton, "The Exegesis of Q.2:106", BSOAS, 48, 1985: p. 456
  2. Hazimi, Abu Bakr. Al-I'tbar, 5–6
  3. Burton, Islamic Theories of Abrogation, 1990: p. 56
  4. Али-заде А. А. Насх и мансух Arxivləşdirilib 2022-11-03 at the Wayback Machine // Исламский энциклопедический словарь. М. : Ансар, 2007. — ISBN 978-5-98443-025-8
  5. "16. ən-Nəhl surəsi, 101-ci ayə". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.