Nəxə (qəbilə)

Nəxə (ərəb. النُخَع‎) — Yəmən mənşəli ərəb qəbiləsi. Bu, daha böyük Məzhəc qəbiləsinin bir qoludur. Muaz ibn Cəbəl tərəfindən islamı qəbul etmişdilər. VII əsrdə[1] islam fəthlərində iştirak etmişdilər.[2] Qəbilənin Malik ibn Həris, Əlqəmə ibn Qeysİbrahim Nəxai kimi görkəmli tarixi şəxsiyyətləri var.

Əl-Həmdani "Ərəb yarımadasının təsviri" kitabında Nəxə qəbiləsindən bəhs etmişdir.[3]

  1. لب اللباب في معرفة الأنساب ج٣ ص ٣٠٤
  2. تاريخ الطبري مج 1 ص 793
  3. al-Hamdani, al-Hasan. David H. Müller (redaktor). Geography of the Arabian Peninsula. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-28.