Nəzirə xanım Sultan

Nəzirə xanım Sultan — Şuşadan gəlmiş, peşəkar akademik fortepiano təhsili almış, ilk azərbaycanlı peşəkar qadın pianoçu.[1]

Nəzirə xanım Şahmirzə
Doğum tarixi 1898-ci il
Doğum yeri Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1990-cı il
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı Rusiya imperiyası
AXC
Azərbaycan SSR
ZSFSR
SSRİ
Milliyyəti azərbaycanlı
Təhsili Sankt-Peterburq Konservatoriyası
Fəaliyyəti pianoçu
Tanınır ilk azərbaycanlı peşəkar qadın pianoçu

Həyatı və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Nəzirə xanım Qulamşah mirzə Tiflisdə hərbçi ailəsində anadan olub. Onun atası Şuşa əsilli 16-cı Minqrelian alayının polkovnik-leytenantı Qulamşah Mirzə (d. 1867), anası rus ordusunun polkovniki, zadəgan türk qadını Mələk xanım Qaydabaşının qızı idi. Onların Tiflisdə böyük evləri var idi. O vaxtlar kifayət qədər populyar olduğu üçün Nəzirə xanım evdə gözəl təhsil almışdı, o, həmçinin musiqiyə də çox böyük həvəs göstərirdi. Valideynləri qızlarında unikal musiqi qabiliyyəti olduğunu kəşf etdilər. O, bilavasitə “Müqəddəs Nina məktəbi”nin 8-ci sinfinə yazılır və 1910-cu ildə Nəzirə xanım Tiflis Musiqi Məktəbində Leypsiq məktəbinin pianoçusu olan Şvayherin sinfinə daxil olur. Məktəbi bitirdikdən sonra o, tez-tez Tiflisdə müxtəlif xeyriyyə konsertlərində çıxış edirdi, onların afişaları indi də onların ailəsində saxlanılır. Onu hər yerdə ilk azərbaycanlı pianoçu kimi böyük sevinclə qarşılayırdılar. Belə uğurdan ruhlanan Nəzirə xanım təhsilini konservatoriyada davam etdirmək qərarına gəldi. Valideynləri onun üçün bir çox əmisi uşağının oxuduğu Sankt-Peterburq Konservatoriyasını seçirlər. Sankt-Peterburq Konservatoriyasında Esipovanın tələbəsi olan Drozdovun sinfinə daxil olur.[1]

Sonradan xatırlandığı kimi, onun repertuarında Bethovenin 8, 14 və 32-ci sonataları, Listdən bəzi parçalar, noktürnlər, etüdlər, Şopenin prelüdləri, həmçinin Mili Balakirevin "İslamey"i yer almışdı. Əvvəllər Tiflisdə həmyerlilər arasında sınaqdan keçirilmiş Azərbaycan rəqsləri və muğamı mövzusundakı improvizasiyalar uğurlu olmuşdur. Nəzirə xanım səkkiz dil bilirdi və çox maraqlı insan idi.[1]

O, bəstəkar İppolitov-İvanovla, eləcə də əsrin ən yaxşı pianoçularından biri, onların evinə baş çəkməyi və Beçsteyn-Ditrix tərəfindən hazırlanmış antikvarin royalında ifa etməyi xoşlayan Henri Qustavoviç Neyhaus ilə dostluq münasibətləri var idi.[1]

Nəzirə xanım ayda iki dəfə musiqi və ədəbi məclislər keçirirdi. Keçirilən məclislər ənənəvi Şuşa məclisləri idi. Burada adətən Tiflis ziyalılarının yüksək təbəqəsi, onun yaxın dostları və tanışları toplaşır, onun pianoda böyük həvəslə ifasını dinləyirdilər. Bu pianoçular haqqında bioqrafik məlumatları Firuzə xanımın nəvəsi Gülrəna Mirzə tərəfindən toplanıb.

Həkimlik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Eyni zamanda Nəzirə xanım qadın tibb institutuna daxil olur, tez-tez Qafqaz həmyerliləri birliyinin məclislərində çıxış edirdi. Tiflisə qayıdan Nəzirə xanım, bütün diqqətini həkimlik peşəsinə yönəltsə də, ömrünün sonuna kimi musiqini sevməkdə davam edib.[1]

  1. 1 2 3 4 5 Chingiz Qajar. Old Shusha. Baku: Şərq-Qərb. 2014. səh. 290. ISBN 978-9952-448-82-5.