Nəzmiyyə Abbaszadə

Nəzmiyyə Müzəffər qızı Abbaszadə (d. 19 iyul 1945, Naxçıvan) — musiqişünas, ilk azərbaycanlı violençel çalan qadın, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).

Nəzmiyyə Abbaszadə
Doğum tarixi (78 yaş)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi violençel musiqi sahəsi
Elmi adı professor
İş yeri Bakı Musiqi Akademiyası
Təhsili Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2008

1968 ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası; BMA), Həmin ildən konservatoriyanın simli alətlər kafedrasında işə başlamış, 1990 ildən kafedranın müdiri olmuş, 1999 ildən Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanıdır. Qadın simli kvartetinin yaradıcılarından biridir. 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi adına layiq görülüb.[1]

1973 ildə isə P. İ. Çaykovski ad. Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir. 1968 ildən BMA-nın simli alətlər kafedrasında müəllim, dosent, 1990–99 illərdə isə kafedra müdiri işləmişdir. 1999-cu ildən akademiyanın ifaçılıq fakültəsinin dekanıdır. Qadınlardan ibarət simli kvartetin tərkibində 30 il bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Bir çox dərslik və metodik vəsaitin müəllifidir.[2]

  1. "ABBASZADƏ Nəzmiyyə Müzəffər qızı". 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.
  2. Naxçıvan ensiklopediyası Bakı,2002

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]