N.E. Jukovski adına Milli Aerokosmik Universitet - Xarkov Aviasiya İnstitutu

N.E. Jukovski adına Milli Aerokosmik Universitet və ya Xarkov Aviasiya İnstitutu (ukr. Національний аерокосмічний університет ім. М. Є. Жуковського «Харківський авіаційний інститут») - Ukraynanın aparıcı təhsil müəssisələrindən biridir, hansı ki, aviasiya və kosmik texnikanın tədqiqi və istehsalı sahəsi üzrə mütəxəssisləri hazırlayır.

N.E. Jukovski adına Milli Aerokosmik Universitet - Xarkov Aviasiya İnstitutu
ХАИ
Національний аерокосмічний університет ім. М. Є. Жуковського «Харківський авіаційний інститут»
Loqonun şəkli
Xəritə
50°02′31″ şm. e. 36°17′09″ ş. u.HGYO
Şüar Знання, що підкорюють небо
Əsası qoyulub 1930
Tip Milli
Rektor Krivsov V.S.
Tələbə sayı 10 000
Şəhər Xarkov
Ölkə
Ünvan 61 070, Xarkov ş., Çkalov küç., ev 17
Sayt khaiedu.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarkov Aviasiya İnstitutu 1930-cu ildə yaradılıb. Əvvəlcə onun tərkibinə iki fakültə, təyyarə və motor istehsalı fakültələri, daxil idi. İnstitutun yarandığı zaman onun cəmi 12 müəllim və 69 tələbəsi var idi. Amma institut tez inkişaf edirdi, və artıq 1932-ci ildə, XAİ-nun müəllimləri və tələbə-diplomçuları tərəfindən hazırlanmış - Avropada ilk yığılan şassisinə sahib olan - XAİ-1 sərnişin təyyarəsi havaya qalxdı.

1937-ci ilin noyabrından XAİ-da birinci raketləri layihələşdirən reaktiv qrup işləməyə başladı. 40-cı illərin başlanğıcına yaxın - institutda artıq təxminən 1000 tələbə var idi, eksperimental dizayn bürosu işləyirdi və fəal elmi araşdırmalar aparılırdı.

İnstitutun ixtisaslaşması daimi genişlənirdi, yeni fakültələr açılırdı. Yeni tədris korpusları və yataqxanalar tikilmiş, aerodinamik borular kompleksi açılmışdır.

1991-ci ildə, nə vaxt ki, Ukrayna müstəqil oldu, XAİ ölkənin avia-kosmik sahəsi üçün mütəxəssislərin kompleks hazırlığını həyata keçirən yeganə institut oldu. 1992-ci ildə institut xarici vətəndaşların təhsilinə başladı.

Özünün mövcudiyyət illəri ərzində aerokosmik universitet 53 mindən çox mühəndis hazırladı. Universitet haqlı olaraq öz alimlərinin səsdən surətli aerodinamika, aviasiya konstruksiyaların möhkəmliyi, aviasiya və raket mühərriklərinin qurulması, uçucu aparatları idarə sistemləri və bir çox başqa sahədə nailiyyətləri ilə fəxr edir.

Universitet inkişafını davam etdirir. 11 sentyabr 2000-ci il universitetə Milli statusu verilmişdir.

Bu gün XAİ-da mütəxəssislərin belə fakültələrdə hazırlığı həyata keçirilir:

  • Təyyarəqayırma
  • Mühərrik qayırma
  • Uçucu aparatları idarə sistemləri (UAİS)
  • Raket-kosmik texnikalar
  • Uçucu aparatların radiotexnika sistemləri (UARS)
  • İqtisadiyyat və idarəetmə
  • Humanitar
  • İxtisasın artırılmaları və ali məktəbə qədər hazırlıq
  • Qiyabi
  • Xarici vətəndaşların hazırlığı

Universitet "Alfa" Beynəlxalq kosmik proqramın, həmçinin ABŞ-nın, Yaponiyanın, Almaniyanın, Meksikanın, Niderlandın, Çinin firmaları ilə elmi layihələrin şərikli icraçısıdır.

Xarkov aerokosmik universitetinin ərazisində məşhur "Şare" tələbə abidəsi qurulmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Directory of Open Access Journals. 2003.