Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
NAO robotu — Aldebaran Robotics şirkəti tərəfindən istehsal edilən avtomatlaşdırılmış və proqramlaşdırılabilən robotdur.
Bu robotun hazırlanmasına 2004-cü ildə başladılmış NAO proyekti ilə başlandı və dövrü üçün həm qiyməti, həm də keyfiyyəti cəhətdən ən optimal robotun yaradılması hədəfi qoyuldu. 2007-ci il 15-dən etibarən RobotCup Standart Platforma Liqasında istifadə edilən Sony şirkətinin AİBO robotlarını əvəz etdi. Növbəti (2008 və 2009)illərin RobotCup yarışlarında da bu robotdan istifadə davam etdi və 2010-cu ildə NAO-nun NAOV3R versiyası Robotcup yarışının standart robotu kimi qəbul olundu.
2008-ci ilə qədər NAO-nun bir neçə versiyası istehsal olunmuşdur. Bunlardan ən geniş tanınan və istifadə olunanı Akademik İstifadə üçün NAOdur (NAO Academic Edition). Bu versiya universitetlər, araşdırma mərkəzləri və digər süni intellekt laboratoriyalarındakı elmi iş və tədris proseslərində maddi texniki baza üçün nəzərdə tutulmuşdu.
2014-cü ildən etibarən NAOV2 versiyalarının yarı qiymətinə açıq satışına başlandı.
2005-2007-ci illərdə robotun altı fərqli prototipi hazırlanmış, amma ilk istehsalat versiyasına 2008-ci ilin mart ayında qərar verilmişdir. Elə həmin il keçirilən RobotCup yarışlarında NAO robotu təqdim edildi və növbəti illərdə keçiriləcək RoboCup üçün standart platforma kimi təqdim edildi. Bu il NAO üçün uğurlu oldu. Çünki elə bu ilin davamında Akademik İstifadə üçün NAO istehsal edildi və universitetlərin istifadəsinə verildi.
NAOnun dünya ictimaiyətində tanınmasına səbəb 2010-cu ildə Şanxay Eksposunda təqdim edilən NAOların sinxron rəqsi oldu. Bunun nəticəsində eyni ilin oktyabr ayında Tokyo universiteti Nakamura laboratoriyası üçün 30 ədəd NAO robotu sifariş verdi. Elə həmin ildə robotun inkişaf etdirilmiş ikinci versiyası istehsal edildi və bu da istifadəçiləri tərəfindən çox bəyənildi. Bu versiya əvvəlkindən bir çox texniki göstəricilərinə görə qabaqda idi. 2011-ci il May ayında Aldebaran Robotics şirkəti NAOnun idarə və proqramlaşdırılması üçün istehsal etdiyi proqram təminatını açıq qaynaq kodu elan etdi və bu da robotun robototexnika developerləri arasında daha da sevilməsinə səbəb oldu. Həmçinin ROS istifadəçiləri də artıq NAO üçün öz kitabxanalarına yazmağa başlamışdılar.
Eyni ilin dekabr ayında Növbəti Nəsl NAOlar (NAO Next Gen.) istehsal edildi. Əvvəlkilərindən həm texniki göstəricilərinə, həm davamlılığına, həm də daha da təkmilləşdirilmiş proqram təminatına görə bu versiya da NAO ailəsin başına keçə bildi. Bu versiydan başlayaraq NAO robotunun istifadəçilərinin sayı dəfələrlə çoxaldı. Təkcə bir il ərzində öz akademik fəaliyyətlərində istifadə etmək üçün 200-dən artıq institut bu robotlardan sifariş verdi.
Hərəkət sərbəstliyi dərəcəsinə görə platformanın üç versiyası hazırlanmışdır. Bunlar 14, 21 və 25 sərbəstlik dərəcəsi olan NAO versiyalarıdır. Hal-hazırda bunların ən çox istifadə ediləni RoboCup yarışlarında istifadə edilən 21 sərbəstlik dərəcəli NAO-dur. Bununla yanaşı bütün akademik versiyalar tarazlıq, təcil, qüvvə, ultrasəs və s. sensorlarla təmin edilmişdir.
Həmçinin robotun Linux əsaslı multimediya sistemi də vardır. Bu sistem 4 ədəd mikrofondan, iki spikerdən və iki HD kameradan ibarətdir.
Şirkət təfərəfindən robotun istifadəni asanlaşdırmaq üçün proqram təminatı və SDK təklif edilir. Bununla yanaşı Cyberbotics şirkəti NAOlar üçün xüsusi simulyasi ya mühitini də təklif edir. 2014-cü ildən etibarən NAO həmçinin Microsoftun Robotics Developer Studio paketi tərəfindən də dəstəklərin.
Ən əsası isə NAO açıq qaynaq kodlu ROS tərəfindən dəstəklənir və bu da digər açıq qaynaq kodlu resurslarda olduğu kimi NAOnun da sürətli inkişafına çox böyük təsir göstərir.
Nao Next Gen (2011) | |
---|---|
Hündürlüyü | 58 santimetr |
Kütləsi | 4.3 kq |
İstifadə müddəti | 60 dəqiqə (aktiv istifadə), 90 dəqiqə (normal istifadə) |
Sərbəstlik dərəcəsi | 21 və ya 25 |
CPU | Intel Atom @ 1.6 GHz |
Daxili Əməliyyat Sistemi | Linux |
Dəstəklənən Əməliyyat Sistemləri | Windows, Mac OS, Linux |
Dəstəklənən Proqramlaşdırma Dilləri | C++, Python, Java, MATLAB, URBI, C, .Net |
Görüntü | İki HD 1280x960 kamera |
Şəbəkə | Ethernet, Wi-Fi |
2013-cü ildən bu robotdan Azərbaycandakı elmi tədqiqat mərkəzlərində də istifadə yə başlanmışdır. Hal-hazırda bir neçə araşdırma qrupu bu robot üzərində Azərbaycan dilində danışıq, hərəkət zamanı tarazlığın saxlanması[1] insan sifətinin tanınması, obyektlərin tanınması[2] və s. fərqli sahələr üzərində çalışırlar.