Ethernet — latın dilindən tərcümədə efir (lat. aether) deməkdir. Lokal kompüter şəbəkələrinin paket texnologiyasıdır. Bu texnologiya şin topologiyası ilə işləyir. Ethernetdə kabelin uzunluğu 500 m-dir.
Ethernet lokal şəbəkələrinin əsas xarakteristikaları
- 10 BASE 2 Nazik Koaksial (RG-58 om) kabel
- 10 BASE 5 Qalın Koaksial (RG-11 om) kabel
- 100 Base T Burulmuş cütlük UTP 5
- 100 BASE F Optik kabel
- Qalın Ethernet — yoğun koaksial kabel vasitəsilə qurulmuş yerli Ethernet şəbəkəsi.
- Yoğun naqil — koaksial kabelin qalın növü.
- İncə Ethernet — nazik koaksial kabel vasitəsilə qurulmuş lokal Ethernet şəbəkəsi.
1973-cü ildə Xerox şirkətində işləyən Bob Metcalfe tərəfindən PARC (Palo Alto Research Center) mərkəzində inkişaf etdirilərək ilk dəfə sınaqdan keçirildi. Ethernet o tarixdən etibarən geniş yayılmağa başladı və sürətə inkişaf etdirildi. Ethernet standartı inkişaf etdirilərək kompüter şəbəkəsi sahəsində yerini aldı, ancaq hər nə qədər inkişaf etdirilsə də, ilk çıxan Ethernet standartının əsası hələ də istifadə edilməkdədir. Ethernet əsas olaraq şəbəkə üzərində paylaşdırılan qurğuların kabel vasitəsilə bir-biriləri ilə əlaqəsini təmin edir. Bu kabelə birləşdirilən hər qurğu, digər qurğulara mənbələrini paylaşmağa hazırdır. Ethernet bir lokal sahə şəbəkəsi texnologiyasıdır. Əsasən bir bina daxilində kompüterlər arasında qurulan, xərci azaltma və iş məhsuldarlığını artırmağa istiqamətlənmiş şəbəkələrdə istifadə edilir, lakin hazırda inkişaf edən texnologiya ilə birlikdə, onlarca kilometr uzaqlıqdakı kompüterlər arasında da Ethernet standartına əsaslanan bir şəbəkə qurmaq mümkündür.
- Hazırda istifadə olunan müasir Ethernet şəbəkəsi, qədim nəsil Ethernet şəbəkəsinə çox bənzəyir . Uzun müddət istifadə edilən qədim nəsil Ethernet strukturları yüksək tezlikdəki siqnalları daşıya bilən koaksial (coaxial) kabel istifadə edərkən, hazırda istifadə edilən Ethernet strukturlarında naqil cütlüyü (twisted pair) və ya fiber-optik (fiber-optic) kabellər istifadə edilir. Yeni əlaqə Texnologiyası sayəsində əlaqə sürəti 10 Mbit/s-dən 100-1000 Mbit/s-ə çatmışdır.
- Ethernet çeviricilərinin işləməsi körpüyə bənzəyir, ancaq Ethernet çeviriciləri, eyni zamanda bütün qovşaq qurğularının bir-biri ilə əlaqə qurmasını da təmin edirlər. Hazırda istifadə edilən bir çox çeviricilər yüzlərlə qovşaq qurğularının əlaqələndirilməsinə imkan verirlər. Ethernet çeviricilərində tam-dupleks (Full-Duplex) və yarımdupleks (Half-Duplex) kəlmələri çox eşidilən və maraq doğuran terminlərdir. Tam-dupleks eyni anda məlumat alınması, həm də məlumat göndərilməsini ifadə edən bir əlaqə terminidir. Yarım-dupleks əlaqəsində isə, məlumat alma və ya göndərmə əməliyyatlarından eyni anda sadəcə biri həyata keçirilə bilir. Hazırda istifadə edilən Ethernet çeviriciləri, naqil cütlüyü və ya fiber-optik kabellərini istifadə edirlər. Bu kabellərdə məlumat alma və göndərmə əməliyyatları müxtəlif kanallar vasitəsilə aparılır. Beləcə, göndərilən və alınan məlumatın toqquşma ehtimalı ortadan qalxmış və bu əməliyyatlar prosesində meydana gələn zaman və məlumat itkisinin qarşısı alınmışdır. 802.3 adı Ethernet kəlməsinin yerinə və ya çox zaman onunla birlikdə istifadə edilir.
- Ethernet Digital, Intel və Xerox şirkətlərinin inkişaf etdirmiş olduğu bir şəbəkə standartıdır. Ethernet standartı bəzən DIX (Digital, Intel və Xerox-un baş hərfləri) qısaltması ilə adlandırılır. 1980-ci ildə Electrical and Electronics Engineers (IEEE) adlı bir quruluş tərəfindən şəbəkə standartlarını təyin etmək üçün bir komitə toplandı. Bu komitəyə 802 adı verildi. Şəbəkənin müxtəlif nöqtələrində vəzifəsi olan alt qruplara da 802.X şəklində adlar verildi. 802.3 adlı alt qrup tərəfindən CSMA/CD şəbəkəsi, DIX şəbəkəsi ilə eyni məhsuldarlığı verəcək hala gətirilərək standartlaşdırıldı. Məlumatın format və göndərmə şəkillərinin müxtəlif olmasına baxmayaraq bir çox əməliyyatlarda eyni xüsusiyyətləri göstərən bu iki Standart, çox zaman eyni mənalarda istifadə edilir. Ethernet kəlməsi əsasən DIX Ethernet və IEEE 802.3 standartlarının yerinə istifadə edilir.
Ethernet texnologiyasının ilk şəbəkələri tarixən koaksial kabeldə (d=0,5 düym) yaradılmışdır. Sonralar Ethernet standartı üçün verilənlərin müxtəlif ötürmə mühitlərini istifadə etməyə imkan verən fiziki səviyyənin digər spesifikasiyaları müəyyən edildi. Ethernet texnologiyasının fiziki spesifikasiyaları verilənlərin aşağıdakı ötürmə mühitlərini əhatə edir:
- 10Base5 – yoğun koaksial kabel (d=0,5 düym). Klassik Ethernet. (500 m)
- 10Base2 – nazik koaksial kabel (d=0,25 düym). (185 m.)
- 10Base-T – UTP kabel. Konsentrator əsasında ulduzvari topologiya əmələ gətirir. (Habdan son qovşağa qədər məsafə 100 m-dən çox deyil)[1]
- İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: Bakı nəşriyyatı, 2017, 996 s.
- Lokal şəbəkələr (mühazirə) İ.M.ƏLIYEV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri
|
---|
Sistem | Elementlər | |
---|
Qarşılıqlı əlaqə növü | |
---|
Funksiyasına görə şəbəkə texnologiyaları | Cihazın qarşılıqlı əlaqəsi | |
---|
Nəzarət və avtomatlaşdırma | |
---|
Verilənlər şəbəkəsi | |
---|
|
---|
| |
---|
Tapşırıqlar | |
---|
Digər | |
---|
Həmçinin bax | |
---|
- ↑ Şıxəliyev R.H. "Şəbəkə texnologiyaları. Mühazirələr kursu" Dərslik. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2017, 143 səh.