NBA All-Star oyunçularının siyahısı

Lebron Ceyms rekord sayda, 20 dəfə ard-arda NBA All-Star oyununa, başlanğıc heyətdə seçilərək oyunlarda iştirak etmişdir.

Milli Basketbol Assosiasiyasının (NBA) All-Star Oyunu hər il keçirilən şou xarakterli basketbol oyunudur. Bu, NBA All-Star Həftəsonunun əsas tədbiridir. Ənənəvi olaraq, All-Star Oyunu Şərq Konfransının bütün yüksək səviyyəli basketbolçularından və Qərb Konfransının bütün yüksək səviyyəli basketbolçularından ibarət komandalar arasında konfrans əsaslı formatda keçirilirdi. 2018-ci ildən 2023-cü ilə qədər NBA hər konfransdan ən yaxşı səs toplayanların kapitanlıq etdiyi iki komandanın yer aldığı fərqli formatdan istifadə etdi. Ulduzların başlanğıc və ehtiyat oyunçuları seçildikdən sonra kapitanlar konfransdan asılı olmayaraq öz komandalarını formalaşdırmaq üçün bütün ulduzlar arasından seçim edirlər. Hər konfransdan idman yazarları və yayımçılarından ibarət bir panel tərəfindən bütün fəal oyunçular siyahıya alınır – ilk öncə 120 oyunçudan ibarət hovuzdan seçilir – hər konfransdan 60 oyunçu 24 müdafiəçi və 24 ön meydança (hücumçular və mərkəzlər) – sonda isə on iki oyunçu – beş başlanğıc və yeddi ehtiyat seçilir. Başlanğıc oyunçuları azarkeşlər, media və hazırkı oyunçuların səsləri ilə seçilir. Azarkeşlər müxtəlif onlayn platformalardan istifadə edərək səs verə bilir və səslərin 50%-ni təşkil edir, media və cari oyunçuların səsləri 25%-ni təşkil edir.[1] Ehtiyat oyunçular hər komandanın öz konfransının baş məşqçiləri arasında səsvermə yolu ilə seçilir. Məşqçilərə öz oyunçularına səs vermək icazəsi verilmir və onlar iki müdafiəçi, üç ön meydança oyunçusu və mövqelərindən asılı olmayaraq iki oyunçu seçə bilirlər.[2] Əgər oyunçu zədə səbəbindən iştirak edə bilməyəcəksə, NBA komissarı əvəzedici oyunçu seçəcək.[3] 1999-cu ildə All-Star oyunu liqanın lokautu səbəbindən ləğv edildi.[4]

Siyahı[redaktə | mənbəni redaktə et]

Aşağıda karyeralarında ən azı bir dəfə NBA All-Star oyunu üçün seçilmiş oyunçuların siyahısı verilmişdir.[5] Nəzərə alın ki, nömrə oyunçunun oynadığı oyunların sayını deyil, seçimlərinin sayını göstərir. Məsələn, Maykl Cordan 14 dəfə All-Star oyunu siyahısına daxil edilib, lakin zədə səbəbindən 1986-cı ildəki oyunu buraxıb.[6] 1 fevral 2024-cü il tarixinə ən azı bir dəfə 453 oyunçu All-Star oyunu siyahısına seçilib. Onlardan 312-si bir dəfədən çox bu adı qazanıblar.

LeBron Ceyms ən çox All-Star oyunu seçimi (20), ən çox ardıcıl seçim (20), ən çox oyun (20) və ən çox ardıcıl oyun (20) üçün rekorda sahibdir. Kərim Əbdül-Cabbar 19 ilə ümumi seçimlərdə ikincidir. Kobi Brayant 17 ilə ardıcıl seçimlərdə ikincidir. Bob KouziCon Havliçek 13 ardıcıl All-Star oyunlarında iştirak edərək ən çox ardıcıl oyunlarda ikinci sıradadırlar. Tim Dankan həmçinin 1999-cu ildə lokautla ləğv edilmiş oyun istisna olunarsa, ardıcıl 13 All-Star oyunlarında oynamışdır. Bir neçə oyunçu All-Star oyunu siyahısına daxil edildi, lakin zədə səbəbindən heç vaxt oyunda iştirak etmədi.

# Oyunçunun All-Star oyununda oynamaq üçün seçilmə sayı
^ 2023-24 mövsümü etibarilə hələ də aktiv olan oyunçunu bildirir
* Neysmit Memorial Basketbol Şöhrət Siyahısına seçildi
Hələ Şöhrət Siyahısı üçün dəyərləndirmələrə uyğun deyil[7]
§ 2024-cü ildə Şöhrət Siyahısına ilk dəfə layiq görüldü[8]

Qeyd: Statistikalar 1 fevral 2024-cü il tarixinə əsasəndir.

Oyunçu # Seçimlər[c] Qeydlər İstinad
LeBron Ceyms^ 20 20052024 Ardıcıl 20 başlanğıc heyət, 2018[9] 2019,[10] 2020,[11] 2021,[12] 2022, 2023 və 2024-cü illərdə komanda kapitanı. 2006, 2008 və 2018-ci illərdə Ən Dəyərli Oyunçu (MVP) [13]
Kərim Əbdül-Cabbar*[a] 19 19701977; 19791989 1973-cü il oyununu buraxıb[14]. 1989-cu il Məcik Consonu əvəz edib. [15]
Kobi Brayant* 18 1998; 20002016 2010,[16] 2014,[17] və 2015-ci il oyunlarını buxarıb[18]. 2002, 2007, 2009 (Şakil O'Nil ilə birlikdə) və 2011-ci illərdə MVP seçilib. [19]
Tim Dankan* 15 1998; 20002011; 2013; 2015 [20]
Kevin Qarnett* 15 19971998; 20002011; 2013 2008-ci il oyununu buraxıb[21]. 2003-cü il oyununda MVP seçilib. 1997-ci il oyununda zədəli oyunçuları əvəz edib[22] [23]
Şakil O'Nil* 15 19931998; 20002007; 2009 1997,[24] 2001,[25] və 2002[26] oyunlarını buraxıb. 2000, 2004, və 2009 (Kobi Brayant ilə birlikdə) oyunlarında MVP seçilib. [27]
Kevin Durant^ 14 20102019; 20212024 2021,[28] 2022, [29] və 2023 oyunlarını buraxıb. 2021[12] və 2022 oyunlarında komandanın kapitanı olub. 2012 və 2019 oyunlarında MVP seçilib. [30]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Zillgitt, Jeff. "NBA makes major changes to All-Star voting format". USA TODAY. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2024.
  2. "Anthony snubbed when All-Star reserves announced". ESPN.com (ingilis). 2 fevral 2007. 2012-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2024.
  3. "Celts' Allen replaces Butler on East All-Star team". ESPN.com (ingilis). 14 fevral 2008. 2015-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2024.
  4. Writer, David Steele, Chronicle Staff. "NBA Drops All-Stars -- What's Left? / February game in Philly latest casualty of lockout". SFGATE (ingilis). 2011-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 mart 2024.
  5. ""all-star"". Merriam-Webster Online Dictionary. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2024.
  6. "Michael Jordan Bio". NBA.com. Turner Sports Interactive, Inc. 2006-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2024.
  7. A player is not eligible for induction into the Naismith Memorial Basketball Hall of Fame until he has been fully retired for three calendar years; player was not eligible for induction upon the commencement of the 2017–18 NBA season.
  8. "2023 Hall of Fame Candidates". basketball-reference.com. December 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 4, 2023.
  9. "LeBron James, Steph Curry named captains as All-Star starters are revealed". www.nba.com (ingilis). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-01.
  10. "NBA All-Star 2019 starters, captains revealed". www.nba.com (ingilis). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-01.
  11. "Lakers' LeBron James, Bucks' Giannis Antetokounmpo named starters and captains for 2020 NBA All-Star Game". www.nba.com (ingilis). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-01.
  12. 1 2 "Lakers' LeBron James, Bucks' Giannis Antetokounmpo named starters and captains for 2020 NBA All-Star Game". www.nba.com (ingilis). 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-01.
  13. "LeBron James Stats". Basketball Reference. İstifadə tarixi: July 5, 2008.
  14. "1973 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. March 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2008.
  15. "Kareem Abdul-Jabbar Stats". Basketball Reference. İstifadə tarixi: July 4, 2008.
  16. "2010 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2008.
  17. "2014 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2014.
  18. "2015 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 16, 2015.
  19. "Kobe Bryant Stats". Basketball Reference. İstifadə tarixi: July 4, 2008.
  20. "Tim Duncan Stats". Basketball Reference. İstifadə tarixi: July 4, 2008.
  21. "2008 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2008.
  22. "NBA.com: All-Star Game Replacements for Injured Players". NBA.com. 2017-02-03. February 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-02.
  23. "Kevin Garnett Stats". Basketball Reference. İstifadə tarixi: July 4, 2008.
  24. "1997 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2008.
  25. "2001 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. August 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2008.
  26. Sitat səhvi: Yanlış <ref> teqi; 2002game adlı istinad üçün mətn göstərilməyib
  27. "Shaquille O'Neal Stats". Basketball Reference. İstifadə tarixi: July 4, 2008.
  28. "2021 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. March 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 12, 2022.
  29. "2022 NBA All-Star Game". basketball-reference.com. Sports Reference LLC. January 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2022.
  30. "Kevin Durant Stats". Basketball Reference. İstifadə tarixi: January 28, 2010.