Qərb Konfransı (NBA)

Qərb Konfransı Amerika peşəkar basketbol liqası olan NBA-də yer alan iki konfransdan (bölgə) biridir. Konfransda 5 basketbol klubundan ibarət 3 qrup mövcuddur. Hər klub öz qrupundakı klublarla 4 dəfə qarşılaşır. Klublar, öz konfransında yer alan lakin öz qruplarında yer almayan klublarla ümumilikdə 36 oyuna çıxırlar ki, buda hər klubla bir öncəki mövsümdə sərgilədikləri güc göstəricisinə görə 3 və ya 4 oyun edir. Öz konfranslarında olmayan klublarla isə 2 oyuna çıxırlar və ümumilikdə hər klub normal mövsümdə 82 oyun keçirir.
Normal mövsümün sonunda konfranslarındakı 15 klubdan ilk 8-ə girən klublar pleyofflara yüksəlir. Pleyoflarda cütləşən klublar ard-arda bir neçə oyun keçirirlər və 4 qalibiyyətə çatan tərəf bir üst tura yüksəlir. Bu formata görə ev sahibi üstünlüyünə sahib klub, seriyanın 7 oyuna uzandığını düşünərsək 1, 2, 5, və 7-ci oyunları, digər klub isə 3, 4, və 6-cı oyunları öz meydanında keçirir.
Şərq və Qərb konfranslarında 30 klubun mübarizə apardığı NBA-də normal mövsümdə ümumilikdə 1230 oyun baş tutur.

Qərb Konfransı
LiqaMilli Basketbol Asossasiyası
İdman sahəsiBasketbol
Əvvəlki adıWestern Division (1946–1970)
Yaranıb1946
Üzv olanlar
Üzv olan komandaların sayı15
Çempionlar
Ən son Qərb Konfransı (NBA) çempionuQolden Steyt Uorriorz (5 dəfə)
Ən çox Qərb Konfransı (NBA) çempion olan komandasıLos-Anceles Leykers (31 dəfə)

Hazırkı cədvər

[redaktə | mənbəni redaktə et]
Qərb Konfransı
# Klub Q M Q-% OG OS
1 Los-Anceles Klippers * 9 1 .900 10
2 Qolden Steyt Uorriorz * 8 2 .800 1.0 10
3 San-Antonio Spörs * 7 3 .700 2.0 10
4 Portlənd Treyl Bleyzers 7 4 .636 2.5 11
5 Yuta Caz 7 4 .636 2.5 11
6 Oklahoma-Siti Tander 6 4 .600 3.0 10
7 Hyuston Rokets 5 4 .556 3.5 9
8 Los-Anceles Leykers 6 5 .545 3.5 11
9 Memfis Qrizzlis 4 5 .444 4.5 9
10 Sakramento Kinqz 4 7 .364 5.5 11
11 Minnesota Timbervulvz 3 6 .333 5.5 9
12 Denver Naqqets 3 7 .300 6.0 10
13 Foniks Sans 3 8 .273 6.5 11
14 Dallas Maveriks 2 6 .250 6.0 8
15 Nyu-Orlean Pelikans 1 9 .100 8.0 10



Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]