Welcome to the N.H.K. (N・H・Kにようこそ!, N.H.K. ni Yo:koso?, NHK-yə xoş gəlmisiniz!) — ranobe və onun anime və manqa adaptasiyaları. Orijinal məzmunun müəllifi Tatsuhiko Takimoto, qrafika — Yoşitoşi Abe..
Welcome to the N.H.K. | |
Manqanın ilk cildinin üzlüyü | |
Janr | Slice of live, komediya, dram |
---|---|
Manqa | |
Manqaka | Tatsuhiko Takimoto |
Nəşriyyat | Kadokawa Shoten |
Nəşr tarixi | 28 yanvar 2002 |
Manqa | |
Manqaka | Tatsuhiko Takimoto (məzmun) Kenci Oyva (qrafika) |
Nəşriyyat | Kadokawa Shoten |
Jurnal | Shonen Ace |
Demoqrafiya | Sönen |
Nəşr tarixi | 24 iyun 2004- 6 iyun 2007 |
Cildlər | 8 |
Fəsil sayı | 40 |
Anime | |
Rejissor | Yusuki Yamamoto |
Studiya | Gonzo |
Vaxt | 25 dəqiqə |
Seriyalar | 24 |
Hikikomori - cəmiyyətdən özünü təcrid etmiş, olduqca qapalı həyat tərzi sürən insanları Yaponiyada belə adlandırırlar. 22 yaşlı Sato Tatsuhiro da hikikomoridir. O da, hər bir hikikomori kimi işləmir, oxumur və evdən demək olar ki, çölə sırf alış-veriş etmək üçün çıxır. Dostu və sevdiyi qız isə yoxdur. Günlərin bir günü Satonun mənzilinin qapısını 2 missioner döyür...
Tatsuhiro Sato (佐藤 達広?) — baş qəhrəman. Orijinal novellaya görə, bir gün ətrafdakıların ona güldüyünü zənn etməyə başladı. Bundan qaçaraq o, hikikomori oldu. Öz evində mütəmmadi olaraq qanuni qalüsinioqenlərdən istifadə edir. Anime News Network saytının resenziyasına əsasəm, asosiallığı ilə Evangeliondan Şinci İkarilə rəqabət apara bilər.[1]. Qalüsinasiyalar zamanı mebeli ona hikikomori həyat tərzinin buraxmaq məsləhət gördü, lakin nəsə onun çölə çəxmasına mane oldu. Televizoru ona NHK təşkilatın olduğunu söylədi (əslində isə buna satonun özü bağladığı qapı mane olurdu). Misaki ona layihəyə qoşulmağı təklifetdikdə Sato hikikomori olduğunu imtina etdi. İşin olduğunu sübut etmək üçün Yamazaki ilə erotik oyun yazmağa çalışdı. buna baxmayaraq, oyun başlayandan sonra Misakinin layihəsinə qoşuldu.
Misaki Nakahara (中原 岬?) — baş qəhrəman. Novellaya görə atalığı onun əllərini siqaret basırdı və o, yanıqları gizlətmək üçün uzunqollu paltar geyinir. O. həmişə tənhadır. Cəmiyyətə pis qatılır və fikrincə, hamıya maneolduğunu və normal insanların onu sevməyəcəyin düşünür. Xalasına komək edərək dini təşkilatda işləyir, lakin özü Tanrıya inanmır.
Kaoru Yamadzaki (山崎 薫?) — novellaya görə, Satonun məktəb dostu. Nanako adlı birisi ilə görüşməyə cəhd edirdi, lakin imtina olundu. Novellanın əvvəlində lolikonçu, yalnız rəsimdəki qadınlardan xoşu gələn, erotik oyunların fanatı. Dirilərdən zəhləsi tökülür. Məktəb vaxtından içir, lakin alkoqolizmi yoxdur. Satonun təsirinə düşdükdən sonra narkotik qəbul etməyə başladı, Satonu isə lolikonçu etdi. Misakiyə verilən sözü yerinə yetirmək üçün erotik oyunu hazırlamağa başladılar, lakin sona qədər bitirmədilər. Nəticədə valideynləri Yamadzakini geri apardılar və evləndirdilər.
Hitomo Kaşiva (柏 瞳?) — novellaya görə, Sato üzvü olduğu ədəbiyyat seksiyasının başçısı və onun yeganə məşuqəsi. Əlaqələri bir dəfə olub və Sato onu xoşbəxt edə bilməyəciyini düşünüb onunla münasibətləri davam etdirmək istəməyib. Emosional vəziyyətini yaxşılaşdırmaq üçün müxtəlif preparatlar qəbul edir. Novellada demək olar ki, heç bir fəaliyyət göstərmir.