NOR ASALA

Nor ASALAErməni diasporunun yeni terror təşkilatı, erməni dilində “Yeni ASALA”.[1]

Təşkilat Livanın Anjar qəsəbəsində bu ilin avqustunda İranın dəstəyi ilə[2] yaradılıb.[3][4] Bəyannamədə deyilir: ""NOR ASALA"nı yaratmaqla əsas məqsədimiz olan bir çox siyasi əməlləri və qurmaq istədiyimiz Yeni Ermənistanı diplomatiya və silahlı mübarizə yolu ilə reallaşdırmağı qərara aldıq.[5] Aramızda Ermənistan, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Rusiya, Fransa, Livan, İran, Suriya, ABŞ, Belçika kimi müxtəlif ölkələrdən erməni diasporunun gəncləri vardır".

Bəyannamədə "NOR ASALA"nın siyasi istəkləri arasında Türkiyəyə ərazi iddiaları və bu ölkədən təzminat tələbi, qondarma "erməni soyqırımı"nın tanınması, Ukraynanın Bucak bölgəsində "Şimal-qərbi Ermənistan" dövlətinin yaradılması və s. göstərilir.

Silahlı və siyasi məqsədləri

[redaktə | mənbəni redaktə et]

"NOR ASALA"nın silahlı və siyasi məqsədlərinə aşağıdakılar daxildir:

  • Azərbaycanın dünyada erməni düşmənçiliyi yayan səfirlik və attaşelərini hədəfə almaq;
  • Xarici ölkə vətəndaşlığı altında Azərbaycana daxil olub Bakıda və digər şəhərlərdə hakimiyyət əleyhinə qüvvələrlə birlikdə irqçi və erməni düşməni olan siyasətçiləri hədəf almaq, uzaq məsafədən idarə olunan və lazım gələrsə, intiharçı-terrorçu partlayışlar törətmək;
  • Azərbaycanın xaricdə şah damarı olan azərbaycanlı iş adamlarını və iqtisadi qurumlarını hədəf almaq;
  • Qurgen Markaryanı öldürən Ramil Səfərovu, Hrant Dinki öldürən Yasin Hayalı, Sevag Balıkçıyı öldürən Kıvanc Ağaoğlunu ölümlə cəzalandırmaq;[6]
  • Azərbaycanın Zaqatala bölgəsindən çəkilməsi, buranın Gürcüstana daxil edilməsi, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana daxil edilməsi, ləzgilərə müstəqillik verilməsi;
  • Ermənilərə qarşı irqçilik, faşizm, militarizm nifrəti yayan media qurumlarını, alim tarixçi, publisist, siyasətçi təşkilat və qurumlarını hədəf almaq;
  • Türkiyə və Azərbaycan dövlət ordularının faşist təhdidlərinə qarşı erməni gənclərini məlumatlandırmaq və təşkilatlandırmaq, kiprli gənclərlə, "kürdüstanlı" gənclər ilə və dost və müxalif türk və azərbaycanlı gəncləri ilə müştərək təhsil, mədəniyyət, tarix, silahlı və siyasi hərəkat və plan qurmaq;
  • Azərbaycanda müxalif gəncləri təşkilatlandırıb İlham Əliyevin irqçi və militarist rejimini "Ərəb bahari" üsulu ilə dağıtmaq üçün hərəkətə keçmək.
  • Türkiyəyə qarşı bir sıra silahlı əməllər həyata keçirmək.[7]
  1. "Milli.az: Erməni diasporunun yeni terror təşkilatı – "NOR ASALA" - FOTO". 2012-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-13.
  2. "Kavkasia.net "АСАЛА" угрожает Азербайджану". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-13.
  3. Regnum.ru: ASALA вновь угрожает азербайджанским дипломатам[ölü keçid]
  4. Postsovet.ru: ASALA вновь угрожает азербайджанским дипломатам — МИД Азербайджана[ölü keçid]
  5. "News.day.az: Армянские террористы вновь угрожают дипмиссиям Азербайджана - ОБНОВЛЕНО - ФОТО". 2021-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-13.
  6. "News.az: NOR ASALA threatens to Azerbaijani embassies again". 2012-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-09-13.
  7. En.apa.az: ASALA threatens Azerbaijani embassies abroad[ölü keçid]