NPR

National Public Radio - Milli İctimai Radio (NPR, npr kimi stilizə olunur) ABŞ-ın müstəqil xəbər radiostansiyasıdır. Hökumətdən maliyyə dəstəyi almağına baxmayaraq, həm xəbər, həm də tənqid baxımından müstəqil bir radiodur və bir çox ABŞ media kanallarından daha ciddi və qərəzsiz xəbərlər verməsi ilə məşhurdur.

NPR
Loqonun şəkli
Ölkə
Baş qərargah
Yaranma tarixi 26 fevral 1970
Sayt npr.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, yayımları arasında ara-sıra ictimaiyyətdən ianə istəməsi ilə də məşhurdur. 6 noyabr 2003-cü ildə McDonald's şirkətinin səhmdarı olan yaşlı qadından təxmini olaraq 200 milyon dollarlıq ianə almış olsalar da, tamaşaçıların xahişinə əsasən verilmiş suala cavab olaraq ianə istəməyi dayandırmayacaqlarını açıqlamışdırlar. O zaman verilmiş olan məlumata əsasən, radionun ümumi illik ianə məbləği 10 milyon dollar civarında olmuşdur. 2003-cü ildə NPR-nin ümumi büdcəsi 100 milyon dollar idi.

Bir də eyni məntiqlə yaradılmış olan PBS telekanalı mövcuddur.

National Public Radionun əsas binası