Nağı Əbdüləzimov

Nağı Əbdüləzimov (14 dekabr 1936, Zod, Basarkeçər rayonu8 sentyabr 2001, Gəncə) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.

Nağı Əbdüləzimov
Şəxsi məlumatlar
Doğum adı Nağı Kərim oğlu Əbdüləzimov
Doğum tarixi 14 dekabr 1936(1936-12-14)
Doğum yeri
Vəfat tarixi 8 sentyabr 2001(2001-09-08) (64 yaşında)
Vəfat yeri
Partiya
Təhsili Gəncə Pedaqoji İnstitutu, Bakı Ali Partiya Məktəbi

Nağı Kərim oğlu Əbdüləzimov 14 dekabr 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zod kəndində anadan olub. 1953-cü ildə Zod kənd orta məktəbini bitirdikdən sonra Gəncə Pedaqoji institutun Dil-ədəbiyyat fakültəsinə daxil olub.

1957–1962-ci illərdə orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. 1962-ci ilin sentyabr ayında Basarkeçər rayon Komsomol Komitəsinin birinci katibi seçilərək, 1967-ci ilin avqust ayına kimi həmin vəzifədə çalışıb.

1967–1969-cu illərdə Bakı Ali Partiya Məktəbində oxuyub. 1969–1974-cü illərdə Zod kəndində kolxoz sədri işləyib. 1974–1976-cı illərdə Gəncə şəhəri Yüngül Sənaye Texnikumunda müəllimlik edib.

1976-cı ilin fevralından 1981-ci ilin aprel ayına qədər Azərbaycan KP Gəncə şəhər komitəsində təlimatçı, 1981-ci ilin aprel ayından 1991-ci ilin noyabr ayına kimi Gəncə şəhər PK də şöbə müdirinin müavini – Siyasi Maarif Evinin müdiri işləyib.

1991–1997-ci illərdə Mədəniyyət İşgüzarlıq Mərkəzinin müdiri kimi fəaliyyət göstərib.

1993-cü ildən YAP –ın üzvü olub. 1997-ci ildə YAP Gəncə təşkilatının sədri seçilib. YAP-ın 1-ci Qurultayında Siyasi Şuranın üzvü seçilib.

2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

Nağı Əbdüləzimov 2001-ci il sentyabr ayının 8-də Gəncə şəhərində 64 yaşında vəfat edib.

Ömrünün son illərində yaşadığı həyatından bəhs edən ''Mənim ömür təqvimim'' adlı hekayə yazmağa başlamış lakin tamamlamamışdır.