Nadir Bəhrəmov

Nadir Bəhrəmov (tam adı:Bəhrəmov Nadir Rəhim oğlu) — tarixçi, tarix elmləri doktoru, professor[1]

Həyatı və təhsili[redaktə | mənbəni redaktə et]

Bəhrəmov Nadir Rəhim oğlu 15 mart 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1947-ci ildə Naxçıvan Müəllimlər İnstitutunu qurtardıqdan sonra Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş, ikinci kursdan M.V.Lomonosov adına MDU-ya köçürülmüşdür. 1952-ci ildə həmin universiteti, 1953-cü ildə isə Moskvada ictimai elmlər üzrə müəllimlər hazırlayan kursları bitirmişdir.

Vəfatı[redaktə | mənbəni redaktə et]

14 iyul 2000-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan Sənaye İnsititutunda (indiki Neft Akademiyası) müəllim, baş müəllim, dosent və xarici tələbələrlə iş üzrə dekan müavini olmuşdur. 1965-ci ildən Azərbaycan Texniki Universitetinin ( keçmiş Politexnik İnstitutu) fəlsəfə və politologiya kaferasında çalışmışdır.

Elmi və tədqiqat fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycan neft sənayesinin tarixinə və inkişaf perspektivlərinə, texniki tərəqqiyə, Azərbaycan alim və mütəxəssislərinin keçmiş SSRİ-nin müxtəlif bölgələrində neftin kəşf edilməsində xidmətlərinə dair tədqiqatların, o cümlədən 6 kitab və elmi metodik əsərin müəllifidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "BƏHRAMOV Nadir Rəhim oğlu". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-19.