Nadir Əbülqasım oğlu Batmanqılınc(1902–1991) — Azərbaycan əsilli İran generalı
Nadir Batmanqılınc | |
---|---|
Nadir Əbülqasım oğlu Batmanqılınc | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | ABŞ |
Fəaliyyəti | siyasətçi, ordu, diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Nadir Əbülqasım oğlu Batmanqılınc 1902-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Tehranda hərbi məktəb bitirmişdi. Sonra İsveçdə oxumuşdu. İrana dönəndən sonra orduda xidmət etmişdi. Ərdəbildə yerləşən hərbi hissənin rəisi olmuşdu. Orduya idman və bədən tərbiyəsini tətbiq etmişdi.
Nadir Batmanqılınc 1941-ci ildə İranın bir hissəsini zəbt edən Böyük Britaniya ordusu tərəfindən tutulmuşdu. O zaman polkovnik rütbəsində idi. 1945-ci ildə dustaqlıqdan azad olunmuşdu.
Nadir Batmanqılınc sonra yenidən orduda xidmət etmişdi. 1946-cı ildə sərtip (briqada generalı) rütbəsi almışdı. 1950-ci ildə general-mayor rütbəsi almışdı.
1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan C. İ. A tərəfindən həyata keçirilən Ayaks əməliyyatında iştirak etmişdi. Əməliyyatın həyata keçirilməsində səbəb İranda Məhəmməd Müssədiqi devirib hakimiyyətə yenidən sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək idi.
Nadir Batmanqılınc 1955-ci ildə general-leytenant rütbəsinə yüksəlmişdi.
Nadir Batmanqılınc 1955–1957-ci illərdə İranın Pakistanda səfiri olmuşdu.
Nadir Batmanqılınc 1957–1958-ci illərdə İranın İraqda səfiri olmuşdu.
Nadir Batmanqılınc 1958–1959-cu illərdə İranın Daxili İşlər naziri vəzifəsində çalışmışdı.
Nadir Batmanqılınc 1964–1967-ci illərdə Xorasan əyalətinin valisi olmuşdu.
Nadir Batmanqılınc 1989-cu ildə ABŞ-də vəfat edib[1].