Nadir Mirzə Qacar

Nadir Mirzə Qacar — Qacar şahzadəsi, qədim Azərbaycan xörəklərinin reseptini toplayan. Məhəmmədqulu mirzə Qovanlı-Qacar nəvəsi

Nadir Mirzə Qacar
Nadir Mirzə Qacar Bədiüzzaman mirzə Qovanlı-Qacar oğlu
Doğum tarixi
Doğum yeri Astrabad (indiki Gürgan) şəhəri
Vəfat tarixi

Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutu Tehranın Parlament Kitabxanasından Qacar şahzadəsi Nadir Mirzə Qacarın kulinariyaya dair "Nəvadir əl-əmsal" əsərinin əlyazmasının surətini əldə edib. Əsərdə Azərbaycanın bir sıra unudulmuş qədim xörəklərinin resepti verilib[1].

  • “Karnamə” - aşpazlıq mövzuda farsdilində
  • “Nəvadirül-əmsal” - ərəb atalar sözləri və zərbi-məsəlləri haqqında ərəb dilində
  • “Təşrihül-insan” anatomiya elmi üzrə ərəb dilində
  • “Tarixü coğrafiyi-darüssəltəneyi-Təbriz be-zəmimeyi-şərhi-hali-büzürgan”, və ya sadəcə “Tarixi-Təbriz” 1884[2]

AMEA Əlyazmalar İnstitutunun əməkdaşı Hacı Rauf Şeyxzamanlı “Nadir Mirzə Qacar. Karnamə” adlı kitabı fars dilindən tərcümə edib və həmin tərcümə "Elm və təhsil" nəşriyyatında çap edilib. Kitabda müəllif – Qacar şahzadəsi Nadir Mirzə 260-dan artıq qədim Azərbaycan xörəyinin reseptini toplayaraq sadə bir dildə oxuculara təqdim etmişdir. Əsərdə klassik şairlərin yaradıcılığından çoxlu nümunələr gətirilib. Yeni nəşr milli xörəklərimizi mənimsəmək istəyənlərə, mədəniyyətimizin qədimliyini inkar edənlərə tutarlı cavabdır. Kitabın məsləhətçi və ön söz müəllifi Milli Kulinariya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Tahir Əmiraslanov, tərcümənin redaktoru isə Arif Ramazanovdur[3].

  1. "Qacar şahzadələrinin yeni əsərləri aşkarlanıb". 2013-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-17.
  2. "Arxivlənmiş surət" (PDF). 2023-08-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-11-30.
  3. ""Nadir Mirzə Qacar. Karnamə" adlı kitab nəşr olunub". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-17.