Tahir Əmiraslanov

Tahir Əmiraslanov (14 mart 1958, Qovlar, Tovuz rayonu) — Əməkdar mədəniyyət işçisi (21. aprel 2016), Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru (1991–2022), "Kulina" jurnalının baş redaktoru[1].

Tahir Əmiraslanov
Tahir İdris oğlu Əmiraslanov
Doğum tarixi 14 mart 1958(1958-03-14) (66 yaş)
Doğum yeri
İxtisası İctimai İaşənin mühəndis texnoloqu,aşpaz,tarix üzrə fəlsəfə doktoru
Təhsili Ali
Fəaliyyəti kulinariya üzrə elmi tədqiqatlar, Azərbaycan milli mətbəxinin toplanması, tədqiqatı və təbliğatı,restoran konsaltinqi.
Elmi dərəcəsi tarix üzrə fəlsəfə doktoru
Mükafatları "Şöhrət" ordeni
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
Fəxri Mədəniyyət İşçisi

Tahir Əmiraslanov 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirmişdir. 1975–1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləmişir.

1976–1978-ci illərdə Tahir Əmiraslanov orduda tank komandiri olmuşdur. 1978–1979-cu ildə Leninqradda Tikintidə bənna işləmış, 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutunun Azərbaycandan olan yeganə əyani tələbəsi oldu. İnstitutu 1984-cü ildə uğurla bitirmiş, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq sənətinə yiyələnmişdi. Maraqlıdır ki, hələ ali məktəbin 1-ci kursunda oxuyarkən — 1980-ci ildə onun "Çay Azərbaycan mətbəxində" adlı tələbə elmi işi SSRİ-nn institutlararası tələbə elmi işlərinin müsabiqəsində II dərəcəli diploma layiq görülmüşdü.[2] Tahir Əmiraslanovun Diplom işi Leninqradda Vasiliostrovski Fabrik-mətbəxində tətbiq olunmuş, fabrik onun diplom işinə uyğun rekonsruksiya edilmışdir.

İnstitut diplomu ilə eyni vaxtda Leninqrad ictimai iaşə idarəsi tərəfindən 5-ci dərəcəli aşpaz ixtisası dərəcəsi də almışdır. (5-ci dərəcə 200 nəfərdən yalnız 3 nəfərə verilmişdir. qalanlarına 3-cü və 4-cü dərəcələr verilmişdir), 1993-cü ildə Azətbaycan Respublikası Ticarət Nazirliyi tərəfindən ona "Usta-Aşpaz" ixtisas dərəcəsi verilmişdir və o sabiq SSRi məkanında Usta ixtisas dərəcəsi almış ən gənc mütəxəsis olmuşdur. 2007-ci ildə Ekaterinburq hökuməti də ona "İctimai İaşə Ustası" ixtisas dərəcəsi verir. Hazırda o həm də Başqırdıstanın, Çuvaşiyanın Usta-Aşpazıdır. 2017-ci ildə Tahir Əmiraslanov Dünya Usta-Aşpazı ixtisas dərəcəsinə layiq görülüb. O həm də Dünya Kulinariya Mədənıyyəti Ustasıdır.

Tahir Əmiraslanov tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan BMEA-nın professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının həqiqi üzvüdür.2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasına həqiqi üzv seçilmışdir. 2018-ci ildə Beynəlxalq Elmlər Akademiyasında Kulinarologiya (nutrisiologiya, texnologiya və gastrosifiya) bölməsinə sədr seçilmişdir.

1985-ci ildə Gəncədə ilk Kulinariya Birliyini yaradıb.

Azərbaycan mətbəxinin Azərbaycanda inkişafında, Mili mətbəxin toplanmasında, qorunmasında , qədim xörəklərin bərpasında , dünyadakı təbliğatında, elmı təşəkkülündə və praktikada tətbiqində müstəsna xidmətlərə malik ilk Azərbaycanlı mütəxəsisdir.Bir çox olkələrdə o cümlədən bütün türk ölkələrində ilk Kulinariya Assosiasalarını yaratmışdır.

Əsas hadisələr

  • 1979–1984-cü illərdə Leninqrad Sovet Ticarəti İnstitutunu əyani şöbəsində ictimai iaşənin təşkili və texnologiyası falultəsinə təhsil almışdır.
  • 1984–1989-cu illərdə Gəncə İctimai iaşə trestində mühəndis-texnoloq, yeməkxana müdiri işləmişdir.
  • 1987-ci ildə ilk dəfə olaraq Azərbaycan Milli Mətbəx muzeyindən, tədris, tədqiqat komplekslərindən ibarət bir mərkəzin yaradılması haqqında məsələ qaldırır.
  • 1989-cu ildə Ticarət Nazirliyinin Elmi və texniki naliyyətlərin tətbiqi cəmiyyətində ictimai iaşə şöbəsinin müdiri təyin edilir.
  • 1990-cı ildə SSRİ Kulinariya Assosiasiyasının yaradıcılarından biri kimi həmin təşkilatın idarə heyətin üzvü və təbliğat şöbəsinin sədri seçilir.
  • 1993–2012 illər Rusiya Kulinariya Assosiyasiyasının vitse -Prezidenti olmuşdur.
  • 1991-ci ildə Tahir Əmıraslanovun təşəbbüsü əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) yaradılır və ilk gündən Tahir Əmiraslanov həmin təşkilata rəhbər təyin edilir.
  • 17 mart 2022-ci ildə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsindən azad edilmişdir.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • 1998-ci ildən YUNESKO-nun Beynəlxalq Xalq Yaradıcılığı Təşkilatının üzvü, 2000-ci ildən Ənənəvi Qida Komitəsinin sədr müavini, 2004-cü ildən sədridir.
  • Rusiya Kulinariya Assosiasiyasının vitse prezidenti, Dünya hakimlər kollegiyasının üzvüdür.
  • Fransa Kulinariya Akademiyasının, Malta, Rumıniya, Yerusəlim, BƏƏ-nin və s ölkələrin Kulinariya Assosiasiyalarının fəxri üzvüdür.
  • Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidentidir.
  • 1998-ci ildən T. Əmiraslanov Azərbaycanı dünya yarışlarının münsiflər heyətində təmsil edir.
  • 1992-ci ildə onun sayəsində Azərbaycan Ümümdünya Kulinarıya Təşkilatları Brliyinə (ÜKTB) sabiq SSRi məkanından, Türk və İslam dünyasından qəbul edilən ilk ölkə oldu. Sonra Rusiya, Türkiyə, Qazağıstan, Serbiya, Belarusiya, Moldova , Özbəkistan , Qırğızıstan və s. ölkələr ÜKTB-yə məhz onun aktiv köməyi ilə üzv qəbul edildilər.2010-cu ildə ÜKTB -nin Həyati Fəxri üzvü seçilib. (Vəsiqə və 85 saylımedal)
  • 2017-ci ildə Dünya İslam Kulinariya Birliyinin Vitse Prezidenti 2022-ci ildə Prezidenti seçılıb.
  • 5-:6 iyun 2023-cü ildə Bişkəkdə Türk Dünyası Mətbəx Kültürü , Elmi və Sənətləri birliyinin Prezidenti seçilib
  • Dünya Qatronomiya İnstitutunun idarə şurasının üzvü və səfiridir.
  • Fransa Milli Kulinariya Akademiyasının, Sicilya Kulinariya Akademiyasının və s. Fəxri üzvüdür. Beynəlxalq elmlər akademiyasının akademikidir.
  • Gürcüstan Elmlər Akademiyasının Akademikidir.
  • Yeni İnformatıv qida nəzəriyyəsinin banısidir.
  • "Mətbəx və müsiqi", "Mətbəx və rəqslər","Mətbəx və arxeoloqiya", "Qidanın psixofizioloji təsiri" və s. kimi İnnovativ istiqamətlərin əsaslarını qoyub.
  • Din və qida, Qida və tarix, Qida və siyasət, Qida və sağlamlıq, Qida və mədəniyyət, s. istiqamətlərdə yeni ideyalarla çıxış edir.
  • Qədim milli xörəklərin bərpası və dünyada tanınması sahəsində bir çox işlər görmüşdür. Müxtəlıf qida texnologiyalarının yaradıcısıdır.
  • Dünya və beynəlxalq yarış , Çempionat və Oimpiadalardan ölkəmizə 50 kqa yaxın qızıl, gümüş, bürünc medallar gətirmişdir.
  • Bir çox ölkələrdə yüzlərlə milli mətbəx günləri keçirmişdir.
  • Dünyanın bir çox elm və təhsil ocaqlarında mühazirələr oxumuşdur.
  • Bir çox restoranları və restoratorları konsaltinq etmişdir.
  • Dünyanın bir çox olkələrinin və dünya təşkilatlarının ən yüksək mükafatlarına, adlarına layiq görülmüşdür.
  • Ümümdünya Kulinariya Təşkilatları Birliyinin (ÜKTB) Ən yüksək mükafatının 85 saylı kavaleridir. (Bu mükafat 115 ölkədən olan 12milyon üzvdən 90 il ərzində cəmısi 110 nəfərə verilib)
  • ÜKTB-nın 115 ölkədən.12 milyon üzvündən cəmı 39 nəfərə verılmış Prezident medalının kavaleridir.
  • dünyanın ilk və yeüganə mütəxəsisidir ki. Üç ulduz "Hilal Chef" (Mişlenin islam analoqu) adına layiq görülüb.
  • Ölkə daxilində Bir çox ictimai, peşəkar təşkilatlar, media qruplar, Naxirliklər tərəfindən mükafatlandırılıb.
  • 1993-cü ildən Azərbaycan Ordusunun milli yeməklərə keçirıiməsi, Ordu aşpazlarının hazırlaması, beynəlxalq yarışlara çıxarılmas və s. məşöul olur. Ordu ilə birlikdə irimiqyaslı tədbirlər keçirir.
  • 44günlük Vətən müharıbəsində döyüşən Ordunun könüllü aşpazlarla , mətbəx avadalığı ilə təmin edilməsinə rəhbərlik edib , müstəsna xidmətlər göstərib

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Tahir Əmiraslanov 14. mart 2018 tarixdə Fəxri mədənıyyət işçisi adına layiq görülmüşdür.

  • Əməkdar mədəniyyət işçisidir — 21. aprel 2016[3]
  • Şöhrət ordeni ilə təltif olunmuşdur — 2. aprel 2018[4]

Bir neçə kitabın, o cümlədən Azərbaycanın ilk Kulinariya ensiklopediyasının, çoxsaylı məqalələrin müəllifidir.

  1. Mətbəx Dastanı [ölü keçid]. Bakı: "Nurlar", 2010.
  2. Qarabağ mətbəxi (Aynurə Əmiraslanova ilə birgə) Arxivləşdirilib 2014-03-11 at the Wayback Machine. Bakı: "Nurlar", 2012.
  3. Кулинарная клептомания Arxivləşdirilib 2014-03-27 at the Wayback Machine. Bakı: "Nurlar", 2012.
  4. Söz mətbəxı. Bakı. Nurlar. 2013.
  5. Azərbaycan kulinari (Aynurə Əmiraslanova ilə birgə) Bakı, Şərq-Qərb 2013
  6. Azərbaycan kulinari (Aynurə Əmiraslanova ilə birgə) Bakı, Qanun 2013.
  7. Kulinaria Azera (Aynurə Əmiraslanova ilə birlikdə. Chişinau 2013. 8
  8. Azerbaydzsani dolma Budapest 2010.
  9. Novruz 96 Bakı Şərq-Qərb 1996.
  10. Novruz Süfrəsi (Aynurə Əmiraslanova ilə) Bakı Şərq-Qərb 2010
  11. Mətbəxdən gələn atalar sözləri, idiomlar (Səyyarə Sadıqova ilə) Bakı Nurlar 2016.
  12. Армянская Экспансия в кулинарной культуре или армянские ученые и вопиющая кулинария. Баку. Елм 2003.
  13. The Azerbaiyani Kitchen. (Leyla Rəhmanova ilə) London Saqi 2015. Kİtab Avropanın və Dünyanın ən yaxşı Kulinariya kitabı mükafatını alıb.
  14. Кухня Любви Баку Нурлар 2018
  15. Сказання про азербайджанську кухню Харкiв .Контраст.2018.
  16. Tahir Əmiraslanov 5x12 =? Bakı Nurlar 2018.
  17. Azərbaycan mətbəxində dolmalar. 381 çeşid.(Azadə müsabəyli, Aygül Əsgərova, Ceyran Əsgərova, Aynurə Əmiraslanova, Ağakərim Şamidzadə ilə) Şərq-Qərb. 2018. Kitab dünyanın ən yaxşi kulinariya kitabı olub.
  18. "Azərbaycan mətbəxi. Qacarlar dövrünün bərpa edilmış yeməkləri."(O. Əliyev, A. Şəmıdzadə, B, Məmmədova, A. Əmiraslanova, M. Quuliyev ilə) Bakı. Elm və Təhsil. 2018.
  19. Азербайджанская Кулинария.101 блюд. . (Фото Г. Гусейнзаде) Баку .Минарет 19
  20. Azərbaycan Kulinariyası.222 reseptlər 3 dildə (Foto H. Hüseynzadə). Уляновск Дом печати. 1996
  21. Azərbaycan kulinariyası ensiklopediyası. Bakı Şərq-Qərb 2007
  22. Блюда из картофеля. ;65 рецептов Уляновск. Дом печати 1994г.
  23. Сборник рецептур национальных блюд (и другие) Москва Сварог 1994г
  24. "İrəvan xanlığı bölgə mətbəxi" (Oruc Əliyev və Aygül Əsgərova ilə) Bakı TEAS press 2020
  25. "Qastrosofiya" (Bakı "Nurlar" — 2021)
  26. Azərbaycanca — Türkcə — Rusca — İngiliscə Qida və İaşə Terminləri Lüğəti (M. Ə. Məhərrəmov, Ş. Ə. Əmiraslanov, A. T. Əmiraslanova, C. Ə. Əsgərova) Bakı "Nurlar" — 2020
  27. "Долма.все точки над "И" (на русском и английском) Баку "Нурлар" 2021
  28. "Qarabağ Mətbəxinin inciləri, Жемчужины Карабахской кухни" (A, Əmiraslanova. Ceyran Əsgərova. Gülnar Ələsgərova ilə) Bakı. İndiqo mətbəəsi. 2022
  1. Azərbaycan mətbəxinin rəngləri (film, 2009)
  2. Azərbaycan mətbəxi: Dad sonrası dad (film, 2015)
  1. "Azərbaycanın Milli Kulinariya Mərkəzi – Rəhbərlik". 2013-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-01.
  2. "Kulinariya generalı — Tahir Əmiraslanov əslində kimdir…". 2019-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-08.
  3. "Azərbaycan milli kulinariya sahəsinin əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 21 aprel 2016. 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-24.
  4. "Tahir Əmiraslanov "Şöhrət" ordeni ilə təltif edilib" (az.). APA. 2018-05-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2018.