Nadir Orucov

Orucov Nadir Oruc oğlu (13 yanvar 1957, Qafan) — "Zivər Nadir" MTK İstehsalat Kommersiya firmasının baş direktoru, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Azərbaycan nümayəndəliyinin sədri (2008).

Nadir Orucov
Orucov Nadir Oruc oğlu
Doğum tarixi (67 yaş)
Doğum yeri Qafan, Zəngəzur mahalı
Milliyyəti azərbaycanlı

Orucov Nadir Oruc oğlu 1957-ci il yanvarın 13-də Ermənistan Respublikasının (Qərbi Azərbaycan) Qafan şəhərində anadan olub.

1964–1974-cü illərdə Qafan şəhərinin 4 №-li məktəbində orta təhsil alıb.

1974-cü ildə orta məktəbi bitirib, İnşaat Mühəndislər İnstitutunun Sənaye tikinti və mülkü tikinti fakültəsinin axşam şöbəsinə daxil olub və 1981-ci ildə İnstitutu bitirib.

1975–1977-ci illərdə Monqolustan Respublikasında hərbi xidmətdə olub.

1974-cü ildən 1992-ci ilədək Azərbaycan Respublikası Sənaye Tikinti Nazirliyi 7 №-li Trestin kiçik mexanizasiya sahəsində sahə mexaniki, inşaat ustası, iş icraçısı və təchizat üzrə rəis müavini işləyib.

1992-ci ildən Xətai rayonu İcra Hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İdarəsi 1 №-li İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsi Texniki təchizat şöbəsində şöbə müdiri işləyib.

1993-cü ildən 2002-ci ilə kimi Bakı şəhəri Xətai rayonu 1 №-li İxtisaslaşdırılmış Podrat Təmir Tikinti İdarəsində rəis işləyib.

2002-ci ildən bu günədək "Zivər Nadir" MTK İstehsalat Kommersiya firmasının baş direktoru işləyir, sahibkardır.

2008-ci il iyun ayının 21–23 Belçikanın Brüssel şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresinin (DAK) X Birlik Qurultayında DAK-ın Azərbaycan nümayəndəliyinin sədri seçilib.

Evlidir, bir övladı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]