Nadir Rüstəmli

Nadir Rəşid oğlu Rüstəmli[1] (8 iyul 1999, Salyan, Salyan rayonu) — Azərbaycanlı müğənni, Səs Azərbaycan yarışmasının qalibi[2][3][4][5] və 2022-ci ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsinin təmsilçisi.[6][7]

Nadir Rüstəmli
Ümumi məlumatlar
Doğum tarixi 8 iyul 1999(24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2016-cı ildən
Janrlar R&B, opera, şanson
Musiqi alətləri piano
Təhsili
Mükafatları Səs Azərbaycan 2021 Qalibi

2019-cu ildə Youthvision Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş[8][9], 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur.

Həyatı[redaktə | mənbəni redaktə et]

8 iyul 1999-cu ildə Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. 2005–2016-cı illərdə Salyan rayonu 3 saylı tam orta məktəbdə təhsil alıb. 2016-cı ildə Azərbaycan Turizm və Menecment Universitetinə qəbul olub, 2021-ci ildə həmin universitetin məzunu olmuşdur.

O, uşaq yaşlarından musiqi ilə məşğul olmağa başlamışdır.

Karyerası[redaktə | mənbəni redaktə et]

Məktəb illərində Qulu Əsgərov adına musiqi məktəbində piano və solfecio üzrə 7 illik musiqi təhsili alıb. 2017-ci ildə Tələbə Baharı Ümumrespublika Mahnı Festivalına qatılıb ikinci yerin qalibi olub. 2019-cu ildə eyni yarışmada yenidən iştirak edərək yarışmanın qalibi olmuşdur. 2019-cu ildə Youthvision[10] Beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş, 21 ölkə arasında 2-ci yerin qalibi olmuşdur. 2021–2022-ci il Səs Azərbaycan yarışmasında iştirak etmiş və yarışmanın qalibi olmuşdur.

Avroviziya 2022-də bu il ölkəmizi "Səs Azərbaycan" mahnı müsabiqəsinin qalibi Nadir Rüstəmli təmsil edəcək.[11][12]

Səs Azərbaycan[redaktə | mənbəni redaktə et]

2021-ci ildə Azərbaycanın "İctimai TV" kanalında yayımlanan "Səs Azərbaycan" layihəsində iştirak etmişdir. O ilk mərhələdə "Writing'S on the wall" mahnısını ifa etmişdir və 2 münsif Nadir Rüstəmli tərəfə dönmüşdür. O isə Eldar Qasımov[13] komandasında yarışmağı seçmişdir. Daha sonra növbəti mərhələdə[14] Amir Paşayev[15] ilə birgə "Beggin" mahnısını ifa etmişdir. Eldar Qasımov[16] isə Nadir ilə Amir arasında seçim etmiş və Nadir Rüstəmlini komandasında saxlamışdır. Nadir Rüstəmli 1/8 finalda "Xatirədir" mahnısını ifa edərək növbəti mərhələyə vəsiqə qazanmışdır. Finalda "Bu da son", "Bad Liar" və Eldar Qasımov ilə "Running Scared" mahnısını ifa etmişdir. Finalda SMS səsverməsinin yekununda 4 iştirakçıdan 1-i layihənin qalibi olacaqdı. Nadir 42,6%[17] dərəcəsi ilə birinciliyi əldə edərək layihənin qalibi olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Səs Azərbaycan" yarışmasının qalibi-Nadir Rəşid oğlu Rüstəmlini TƏBRİK EDİRİK". Anakur.az (az.). 2022-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  2. ""Səs Azərbaycan" yarışmasının qalibi məlum olub". 2022-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  3. "Azərbaycanın ən yaxşı səsi indi odur". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  4. ""Səs"in finalına onlar seçildi". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  5. ""Səs Azərbaycan" yarışının qalibi bəlli oldu". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  6. "Azərbaycanı "Avroviziya-2022"də Nadir Rüstəmli təmsil edəcək". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  7. "Azərbaycanı "Avroviziya"da təmsil edəcək müğənni". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  8. "Üçüncü "Youthvision" mahnı müsabiqəsində 20 ölkədən 70-dən çox iştirakçı yarışacaq". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  9. "Nadir Rüstəmli "Youthvision"da Azərbaycanı təmsil edəcək". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  10. "YOUTHVİSİON" Beynəlxalq Mahnı Müsabiqəsi baş tutacaq". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  11. "- Azərbaycanın Avroviziya-2022 təmsilçisi bəlli olub". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  12. "- Nadir "Avroviziya"ya gedəcəyini belə öyrəndi — Video". 2022-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  13. "Nadirin qalib seçilmə anı!". 2022-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  14. "Gənc müğənnimiz beynəlxalq müsabiqənin onluğunda". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  15. "Nadir Rüstəmli / Amir Paşayev — Beggin | Qarşıdurma| Səs Azərbaycan | 2021". 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  16. "Eldar Qasımovun komandasında yarışan Nadir Rüstəmli yarışın qalibi seçilib". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
  17. "Nadir Rüstəmli 42,6 faiz səslə qalib olub". 2022-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]