Eldar Qasımov

Eldar Qasımov (4 iyun 1989, Bakı) — azərbaycanlı müğənni,[1] Nigar Camal ilə birlikdə Avroviziya Mahnı Müsabiqəsinin 2011-ci ildə qalibi. Azərbaycanda "ilin adamı" (2011).

Eldar Qasımov
Ümumi məlumatlar
Doğum tarixi 4 iyun 1989(1989-06-04) (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2010-cu ildən
Janrlar Pop, Soul
Musiqi alətləri piano
Təhsili
Mükafatları Azərbaycanda ilin adamı mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Eldar Qasımov 4 iyun 1989-cu ildə Bakı şəhərində doğulub. Ata xətti ilə ulu nənəsi - SSRİ Xalq Artisti Mərziyyə Davudova, ulu babası - aktyor və Azərbaycanın ilk kinorejissorlarından biri, Azərbaycan SSR Əməkdar Artisti Abbas Mirzə Şərifzadə, nənəsi - Azərbaycan SSR Xalq Artisti Firəngiz Şərifovadır.

1995-2006-cı illərdə Bakı şəhəri, 160 saylı orta məktəbdə təhsil almışdır. 2001-2005-ci illərdə 2 saylı musiqi məktəbinin fortepiano sinfində təhsil almış və məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2008-ci illər tələbə mübadiləsi proqramı üzrə keçirilən müsabiqədə qalib gəlmişdir. Almanca sərbəst danışa bilir və bir neçə ay Almaniyada yaşamışdır. 2008-ci ildə alman vokal məktəbində aktyor ustalığı və səhnə nitqini öyrənmişdir. 2006-2010-cu illərdə Bakı Slavyan Universitetinin tələbəsi olmuşdur. Beynəlxalq əlaqələr və regionşünaslıq fakültəsində təhsil almışdır. Universiteti qırmızı diplomla bitirmiş, 2010-cu ildə isə BSU-nun beynəlxalq əlaqələr ixtisası üzrə magistratura pilləsinə qəbul olunmuşdur.

İctimai baxışları[redaktə | mənbəni redaktə et]

2019-cu ildə şəxsi İnstagram hesabında etdiyi paylaşımla LGBT-yə dəstək olduğunu ifadə etmişdir.[2][3]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Azərbaycanın 2011 Avroviziya Mahnı Müsabiqəsindəki qələbəsinə həsr olunmuş poçt markası

Sinqllar[redaktə | mənbəni redaktə et]

  • 2011 - Running scared (feat. Nikki Jamal)
  • 2012 - Birlikdə nəhayət
  • 2012 - I'm free
  • 2012 - Priceless (feat. Nikki Jamal)
  • 2013 - Waiting
  • 2013 - Heartbreaker
  • 2013 - Ангелы
  • 2013 - Ey həyat, sən nə qəribəsən
  • 2013 - Music still alive (feat. Nikki Jamal)
  • 2013 - The one
  • 2013 - In your head
  • 2014 - Işıqlı həyat
  • 2014 - Onu sən de
  • 2014 - Ice & fire (feat. Zlata Oqneviç)
  • 2014 - Anladım
  • 2015 - Gülümsə
  • 2015 - Canım
  • 2015 - Closer
  • 2015 - Duman
  • 2016 - Sevgi alovlandırardır
  • 2016 - 1&Only
  • 2017 - Tell me about love
  • 2017 - Son nəfəsim ol
  • 2017 - Чи була любов
  • 2018 - I miss you
  • 2019 - Məsafələr
  • 2019 - I’ll find a way
  • 2019 - Rising up
  • 2019 - Bax uçuram
  • 2020 - Until the end (feat. VoColor)
  • 2020 - Catch if you fall
  • 2020 - Я хочу проснуться в Карабахе
  • 2020 - Laçın
  • 2021 - Bizi Tanrı qorusun (feat. Nazpəri Dostəliyeva)
  • 2021 - Never enough
  • 2021 - Ey Azərbaycanım (feat. Nikki Jamal)
  • 2021 - Sehrli dünya (feat. Ömər Bəbirli)
  • 2021 - Aman-aman
  • 2021 - Oyanmaq istərəm Qarabağda
  • 2022 - Qoy getsin (feat. Nikki Jamal)
  • 2023 - Break free

Albomlar[redaktə | mənbəni redaktə et]

Kliplər[redaktə | mənbəni redaktə et]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Qasımov, E. Mən də öz dərsimi aldım: [müğənni Eldar Qasımovla müsahibə] /müsahibəni apardı Xəyalə Rəis //Kaspi.- 2015.- 31 iyul.- S.17.
  2. "Eldardan hər kəsi şok edən LGBT paylaşımı". axsam.az. 17.06.19. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.
  3. "Eldar da LGBT-ni dəstəklədi". qafqazinfo.az. 17.06.2019. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 iyun 2019.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Əvvəlki:
Safura Əlizadə
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
(Nikki ilə)
2011
Sonrakı:
Səbinə Babayeva
Əvvəlki:
Lena Meyer-Landrut
Avroviziya Mahnı Müsabiqəsi qalibi
Ell & Nikki

2011
Sonrakı:
Lorin

Şəcərəsi[redaktə | mənbəni redaktə et]

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə Əbdül-Rəsul
 
Mələk-Nisa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hənifə Akçurina
(1904–1980)
 
 
 
Abbas Mirzə Şərifzadə
(1893 — 1938)
 
 
 
 
 
 
 
 
 
 
 
 
Mərziyyə Davudova
(1901 — 1962)
 
Qulam-Mirzə Şərifzadə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ərtoğrul Şərifov
(1923–1973)
 
Qalina Şərifova
 
Qaratay Şərifov
(1925–1973)
 
Zeynəb Şərifova
 
 
 
Firəngiz Şərifova
(1924–2014)
 
Bala Ağa Qasımov
(ö. 2010)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Leyla Şərifova
 
 
 
Dilarə Şərifzadə
 
 
Fəridə Rzaquliyeva
 
Çingiz
 
Pərviz Qasımov
 
Elmira Qasımovа
 
Nərgiz Qasımovа
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kamran Vəliyev
 
 
Simuzər Rzaquliyeva
 
 
 
 
 
Eldar Qasımov
(d. 1989)
 
Murad Qasımov