Nadirin Simindən ayrılması, (fars. جدایی نادر از سیمین) ssenari müəllifi və rejissoru Əsgər Fərhadi olan, 2011-ci ildə Qızıl Qlobus mükafatın qazanan və Leyla Hatəmi, Peyman Məadi, Şəhab Hüseyni, Sarə Bayat və Sarina Fərhadinin oynadığı İran dram filmi. Boşanmış bir orta sinif İranlı cüt və həyat yoldaşın yaşlı atası üçün alt sinif bir sorğu tutmasını izləyən çəkişmələri mövzu edinmektedir.61.Berlin Beynəlxalq Film Festivalında ən yaxşı film sahəsində Qızıl Ayı və ən yaxşı aktyor ilə ən yaxşı aktrisa sahələrində Gümüş Ayı qazandı, beləcə Qızıl Ayı qazanan ilk İran filmi oldu.[9] 2012 ildə 69.Qızıl Qlobus mükafatlarında ən yaxşı xarici dil film mükafatın qazandı.[10] Film həmçinin İran film seçimi şurası tərəfindən 2012 Oskar mükafatlarının, ən yaxşı xarici dil film mükafatında iştirak etmək üçün təqdim edilmişdir və Oskar mükafatını əldə etmişdir.[11][12]
Nadirin Simindən ayrılması | |
---|---|
fars. جدایی نادر از سیمین fars. Jodāyi-e Nāder az Simin | |
Janr | dram filmi[1][2][…] |
Əsas mövzu | boşanma[3], Şərəf[3] |
Rejissor | |
Prodüser | |
Ssenari müəllifi | |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 15 fevral 2011[6], 14 iyul 2011[7], 1 fevral 2011[6], 16 mart 2011[6], 30 dekabr 2011[6], 20 yanvar 2012[6] |
Müddət | 123 dəq. |
Büdcə | 800.000 $[8] |
Gəlir | 24.426.169 $[8], 7.098.492 $[8] |
Ölkə | |
Dil | fars dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Tehran |
IMDb | ID1832382 |
Mükafatları |
Nadir və Simin 11 yaşlı qızları Tirmə ilə birlikdə Tehranda yaşayırlar. Şəhərli orta sinif xarakterə sahib olan ailə dağılmaq üzrədir. Simin qızı Tirmənin İrandakı mövcud şərtlər altında böyüməsini istəmədiyi üçün əri və qızıyla birlikdə ölkəni tərk etmək istəyir. Ancaq Nadir eyni fikirdə deyil. Çünki ailəylə yaşayan və Alzheimer xəstəsi olan atası üçün nigarandır. Nadirin İranda qalmağa qərar verməsi Simini o dərəcədə narahat edir ki, Simin boşanma iddiası irəli sürmək qərarına gəlir.
Məhkəmə ailənin yaşadığı problemləri bilib boşanmaya əsas görmür və Siminin müraciətini geri qaytarır. Bu səbəbdən Simin ailəsindən ayrılaraq valideynlərinin evinə qayıdır. Simin məsləhət görür ki, hər gün bankda işləyən və atasını evdə tək qoymağa məcbur olan Nadir Raziyə adlı gənc, kasıb və çox dindar bir qadını evinə qulluqçu kimi götüsün. Lakin Raziyə əsəbi bir xasiyyətə sahib olan əri Höccətin razılığını almadan dərhal işi qəbul etmir. Raziyənin ailəsi pula möhtac vəziyyətdədir, odur ki, Raziyə ikinci uşaq ilə hamilə olduğuna baxmayaraq təklifi qəbul edir və işlədiyi yerə qızıyla birlikdə gedir.
Raziyə Nadirin atasına qulluq etmək məcburiyyətində qaldığı üçün narahatlıq keçirir. Nadirin atası sidiyini tuta bilmir. Bu səbəbdən Raziyə "Dini çağrı mərkəzi"nə zəng vurur və yaşlı kişini təmizləməsinin günah olub olmayacağını soruşur. Bunun günah olmamasını öyrənincə, yaşlı kişinin üstünü təmizləyir.
Bir gün Tirmə evə qayındanda babasını yataq otağında yerdə, qolları yatağa bağlanmış və bihuş görür. Raziyə isə evdə olmur. Bir qədər əvvəl Nadir evdə yox ikən Simin hambalların zəhmət haqqını ödəmək üçün evdən pul götürmüşdü. Raziyə evə qayındanda Nadir onu atasını tək qoyub getməsindən ötür danlayır və evdən yox olan pulun oğurlamasında günahlandırır. Raziyə günahsız olduğunu iddia edir və həmişəlik çıxıb getməzdən əvvəl həmin gün ona düşən maaşı tələb edir. Çox əsəbiləşən Nadir Raziyəni evindən maaşsız qovur.
Daha sonra Höccətin bacısı Siminə zəng vurub Raziyənin uşağını itirdiyindən və hal-hazırda xəstəxanada yatmağından xəbər verir. Raziyə və yoldaşı iddia edirlər ki, Nadir Raziyəni qapıdan eşiyə itələyəndə Raziyə pilləkəndən yıxılıb uşağı salmışdır. Buna görəə Nadiri məhkəməyə verirlər. Əgər məhkəmə Nadiri günahkar hesab etsə, Nadir bir ildən üç ilə qədər həbs cəzası ala biləcək. Nadir Raziyəni atasını qoyub getməkdə günahlandırır və onun hamilə olduğunu bilmədiyini söyləyir, Raziyə isə bunu inkar edir. Nadiri haqlı çıxaran bir ifadəni Tirmənin müəlliməsi verir, amma dərhal Höccət tərəfindən hədələnir. Höccət aqresif hərəkətləri səbəbindən məhkəmədən çıxarılınca, Raziyə onun depressiyada olduğunu və bu depressiyanı aradan qaldırmaq üçün dərmandan istifadə etdiyini müstəntiqə bildirir. Digər tərəfdən Nadir Raziyənin qızından öyrənir ki, qızın valideynləri həkimin qəbulunda olduğuna görə evdə deyillər. Bu xəbər və Höccətin əsəbi davranışı Nadiri əslində Höccətin Raziyəyə tətbiq etdiyi zor haqqında düşündürür.
Tirmə atasını qorumaq üçün bilə-bilə yanlış ifadə verir. Bundan xəbər tutan Simin qızının təhlükəsizliyindən narahatlıqlandığı üçün çalışır ki, Raziyə və Höccət ilə itkini qarşılamaq üçün maddi bir razılaşmaya gəlsin. Nadir isə Siminin bu hərəkətinə qarşı çıxır: onun fikrincə bu, Nadiri hamıya günahı boynuna almış kimi təqdim edəcək. Siminlə bu haqda söhbət edib qərara gəlir ki, razılığın xatirinə Raziyənin hamiləliyindən guya xəbəri olduğunu boynuna alsın. Raziyənin isə əksinə Nadirin günahkar olduğu haqda ciddi şübhələri vardır. Nadirgildə işlədiyi zaman Nadirin atası evdən xəlvəti çıxıb gedəndə Raziyə onu küçələrdə axtarmağa çıxmışdı. Məlum olur ki, o günü Raziyəni avtomobil vurmuş və ilk ağrılarını da həmin günün gecəsi yaşamışdır.
Sonda hamı, Höccətin borc verənləri də daxil olmaqla, Raziyəylə Höccətin evində toplaşır. Ancaq Nadir bu vəziyyətdən çox narahatdır və Raziyədən tələb edir ki, o, məhz Nadirin güc tətbiq etməsi nəticəsində uşağı itirdiyinə Qurana əl basaraq and içsin. Raziyə isə Höccətin israrlarına baxmayaraq düşünür ki, yalandan and içsə günaha batar və bu günah gələcəkdə onların tək qızını təhlükəyə sala bilər. Bu vəziyyət qarşısında Höccət sanki dəli olur, baş-gözünü döyməyə başlayır və evdən ayrılır.
Daha sonrakı məhkəmə səhnəsində Nadir və Simin təkrar boşanma iddiasını verirlər. Geydikləri qara paltarlar ehtimalla Nadirin vəfat etmiş atasının yasını tutduqlarını göstərir. Hakim cütlüyün verdiyi boşanma ərizəsini təsdiqləyir və Tirmədən valideynlərinin hansı biri ilə qalacağını soruşur. Gözü yaşlı qız qərarını verdiyini, amma qərarını söyləyərkən ana və atasının eşikdə gözləməsini xahiş edir. Nadir və Simin Tirmənin qərarını bilmək üçün dəhlizdə gözləyərkən film bitir.
"Boşanma" Berlində "Qızıl şir" qazanmaqla nəzərləri özünə cəlb edə bilmişdi. Film boşanmaq üçün məhkəməyə müraciət edən Simin və əri Nadirin işlərinə baxılması ilə başlayır. Boşanma səbəbi soruşulur. Səbəb isə Siminin İranı tərk etmək istəməsi, Nadirin isə onunla gəlmək istəməməsidir. Birinci səbəb də məhz Siminin (bir iranlı qadının) öz ölkəsini tərk etmək istəməsidir. Onun dilindən olmasa da simasından (rejissorun aktyor seçimi mükəmməldir) aşkar bezmə, azad olmaq çırpıntısı, mübarizəsi hiss olunur. Simin isə səbəbi konkret demir. Onu əri Nadir isə xanımı kimi güclü və mübariz deyil. Sıradan bir ər, ata və oğuldur. O da yorğundu, qaçmaq istəyir, lakin qorxur. Qula çevrilib və getmək istəməməsinə hər cür don geyindirir. Əsas səbəb isə ahıl yaşlı, xəstə atasıdır. Atasına olan sevgisi ona hər şeydən önəmlidi. Məhkəmənin onları boşamaması Siminin qarşısını ala bilməz. O nəyin bahasına olursa-olsun ölkədən getmək istəyir. O da bu mübarizəsinə görə hər şeyi, hətta öz qızından da keçməyə hazırdı. Nadir isə işləməlidir. Bunun üçün atasına baxıcı qadın tutur. Elə hər şey bu hadisədən sonra dramatikləşir. Maraqlı faktlardan biri də odur ki nə Nadir, nə də Simin namaz qılmırlar. Sondakı səhnələrin birində Qurana əl basma epizodu isə islam dəyərlərini yüksəldib.