Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır.[1] Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.[2]
Nahaq yerə, Titanın qəzası |
---|
ing. "Futility, or the Wreck of the Titan" |
|
Janr |
roman |
Müəllif |
Morqan Robertson |
Orijinal dili |
İngilis dili |
Yazılma ili |
1898 |
Nəşr ili |
1898 |
Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi.
Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır. Romantik janrda yazılmış əsərin qəhrəmanları gəmidə tanışırlar və bütün sevgiləri bu gəmidə başlayır. Lakin əsərdəki hər kəs kimi qəhrəmanlar da heç vaxt batmaz adlanan gəminin nə vaxtsa bataraq okeanın dibinə qərq olmasını ağıllarına belə gətirə bilmirlər.
|
Gözətçi qışqırdı:
- Buz dağı!
Birinci zabit, kapitana xəbər verdi ve dərhal "geriyə!" əmri verildi. Lakin gəmi dayanmırdı, sürətin azalması üçün uzun zaman lazım idi. Duman arasından görünən buz dağı getdikcə yaxınlaşırdı. Aşağıdan isə orkestrın və əylənən insanları səsləri gəlirdi. Buz dağı gəmiyə çox yaxınlaşmışdı, bu arada gəmi geriyə hərəkət edən pərvanələrin gücü ilə yana dönmüşdü amma yetərsiz idi və kapitanla köməkçilərinin çarəsiz baxışları arasında buz dağı Titanın bayraq, yəni sağ tərəfindən çırpıldı. Zərbə çox zəif idi. Hətda hiss edilməyəcək qədər. Bu anda kapitan "yaxşı qurtardıq" deyə düşündü. Amma bir neçə dəqiqə sonra gəminin bir yanı suya batdı. Buz dağı əsas zərbəni gəminin suyun altında qalan hissəsinə vurmuşdu.
|
|
Əslində Morqan Robertsonun "Titanın qəzası" adlı əsəri ilə əfsanəvi RMS Titanik gəmisi arasında bir bağlantı olub olmaması dünya üçün hələ də sirrdir. Lakin əsərdəki Titan gəmisinin batışı ilə "Vayt Star Layn" (ing. White Star Line) şirkətinə məxsus RMS Titanik adlı buxar gəmisinin batışı arasındakı inanılmaz bənzərliklər, insanlar tərəfindən RMS Titanik gəmisi gəmisinin batışını özündə əks etdirən, 14 il əvvəl yazılmış əsər kimi tanınır.[3] (1898 nəşri Google Booksda)[1]
- Romandakı "Titan" gəmisi poladdan hazırlanır. "RMS Titanik" gəmisi də poladdan hazırlanmışdı.
- Romandakı "Titan" gəmisi 800 feet (243,84 metr) uzunluğundadır və öz dövrünün ən böyük gəmisi hesab olunur. "RMS Titanik" gəmisi isə 882 feet (268,834 metr) uzunluğunda idi və öz dövrünün ən böyük gəmisi hesab olunurdu.
- Romandakı "Titan" gəmisinin ağırlığı 70 min tondur. "RMS Titanik" gəmisinin ağırılığı isə 52,310 ton idi.
- Romandakı "Titan" gəmisi 3 pərlidir. "RMS Titanik" gəmisi də 3 pərli idi.
- Romandakı "Titan" gəmisi 25 knot sürətlə hərəkət edə bilir və öz dövrünün gəmiləri üçün ən yüksək sürət hesab olunur. "RMS Titanik" gəmisi isə 21 knot sürətlə hərəkət edirdi və maksimum sürəti 24 knot idi və öz dövrünün ən yüksək sürətli gəmisi hesab olunurdu.
- Romandakı "Titan" gəmisi 3000 nəfərlik sərnişin tutumuna malikdir. "RMS Titanik" gəmisi də 3000 nəfərlik sərnişin tutumuna malik idi. (maks: 3327 yer)
- Romandakı "Titan" gəmisində 24 ədəd xilasedici qayıq var. "RMS Titanik" gəmisində isə 20 ədəd xilasedici qayıq var idi.[4]
- Romandakı "Titan" "heç vaxt batmayan" və ya "heç vaxt batmaz" (ing. unsinkable) adlandırılır. "RMS Titanik" gəmisi də "heç vaxt batmaz" və ya "tanrı belə batıra bilməz" adlandırılırdı.
- Romandakı "Titan" gəmisində xilasedici qayıqlar, gəminin sərnişin sayına uyğun deyil. "RMS Titanik" gəmisində də xilasedici qayıqların sayı sərnişin sayına uyğun qoyulmamışdı.
- Romandakı "Titan" gəmisində xilasedici qayıqların sayını az olması onun "batmaz" olması ilə əlaqədardı. Müəllifə görə "batmaz" olan gəmi üçün xilasedici qayığa ehtiyac belə yoxdur. "RMS Titanik" gəmisində də xilasedici qayıqların az olmasının səbəbi onun "batmaz" olması ilə əqadar idi.
- Romandakı "Titan" gəmisində 2500 sərnişin var. "RMS Titanik" gəmisində isə 2224 sərnişin var idi.
- Romandakı "Titan" gəmisində dövrün ən zəngin adamları və ailələri yer alır. "RMS Titanik" gəmisində də dövrün ən zəngin adamlarından və ailələrindən bəziləri yer almışdı.
- Romandakı "Titan" gəmisi İngiltərədən, ABŞ-nin Nyu York şəhərinə doğru hərəkət edir. "RMS Titanik" gəmisi də İngiltərənin Sauthempton limanından, ABŞ-nin Nyu York şəhərinə doğru yol almışdı.
- Romandakı "Titan" gəmisinin qəzası soyuq bir aprel gecəsinə təsadüf edir. "RMS Titanik" gəmisi isə 14 aprel 1912-ci ildə qəzaya uğrayır.
- Romandakı "Titan" gəmisi Nyufaundlenddən 400 mil məsafədə, Atlantik okenanında aysberqlə toqquşur. "Titanik RMS" gəmisi də Nyufaundlenddən 400 mil aralıda və Labrador yaxınlarında, Atlantik okeanında aysberqlə toqquşaraq batmışdı. (koor: 41°43′55″N, 49°56′45″W )
- Romandakı "Titan" gəmisi sağ tərəfdən zərbə alır. "RMS Titanik" gəmisi də aysberqlə toqquşan zaman sağ tərəfdən zərbə alır.
- Romandakı "Titan" gəmisi gecə yarısı batır. "RMS Titanik" gəmisi isə saat 23:40-da aysberqlə toqquşmuş və 02:45-də artıq gəminin əsas göyərtəsi sular altında qalmışdı.
- Romandakı "Titan" gəmisi batarkən, gəmidə olan orkestr musiqi ifa edir. "RMS Titanik" gəmisində də Uels Hardlinin rəhbərlik etdiyi səkkiz nəfərlik orkestr, gəminin batmağa başladığı andan etibarən sərnişinləri sakitləşdirmək və müsbət ovqat yaratmaq üçün gəmi batan ana qədər musiqi ifa etməyə davam etmişdir. Hardli digər yeddi nəfərə qaçmaları üçün icazə vermişdir. Ancaq onlar öz qrup rəhbərlərinin yanlarında qalmağı üstün tutmuşdular. Əvvəlcə birinci sinifə məxsus göyərtədə musiqi çalan orkestr, birinci sinifə aid göyərtənin su altına qalmağa başlamsından sonra, əsas göyərtəyə keçmişdir. Bir çox şahidlərin dediklərinə əsasən Titanik orkestrı gəmi batan ana qədər, musiqi çalmağa ara verməmişdir. Titanikin batması nəticəsində orkestrın bütün üzvüləri həlak olmuşdu
- Romandakı "Titan" gəmisində qəza zamanı ilk olaraq xilasedici qayıqlara, qadınlar və uşaqlar mindirilir. "RMS Titanik" gəmisində də gəminin batışı zamanı ilk olaraq xilasedici qayıqlara qadınlar və uşaqlar mindirilir.
- Romandakı "Titan" gəmisi öncə burun hissəsindən batır və daha sonra gəminin arxa tərəfi yuxarı qalxır. Yuxarı qalxan hissənin ağırlığından gəmi ikiyə bölünərək okenanın dibinə qərq olur. "RMS Titanik" gəmisinin də batmazdan əvvəl sol tərəfinin şaxə qalxaraq, iki yerə parçalanması barədə olan fikirlər sübut olunmuşdur. Gəminin iki yerə parcalanmasının səbəbi sağ tərəfə yüksək həcmli suyun toplanması və gəmini birləşdirən dayaqların möhkmək olmaması idi.
- Romandakı "Titan" gəmisinin əsas batma səbəbi aysberqin vaxtında aşkar edilməməsidir. "RMS Titanik" gəmisinin də əsas səbəbi ("RMS Titanik" gəmisinin bir çox batma səbəbləri versiyaları irəli sürülür) aysberqin vaxtında aşkar edilməməsi göstərilir.
- Romandakı "Titan" gəmisində qəza nəticəsində 1500 insan həlak olur. "RMS Titanik" gəmisində isə qəza nəticəsində 1514 insan həlak olmuşdur.
- Romandakı "Titan" gəmisinin "batmaz" hesab olunaraq xilasedici qayıqların sayının az olması, daha çox insan itkisinə səbəb olur. "RMS Titanik" gəmisində də xilasedici qayıqların az olması daha çox insan ölümünə əsas səbəblərdən biri olmuşdur.